Son dostuma – dünyanın ən qoca göz yaşına
Bir bu göz yaşı qalmışdıaxır ki, qaçıb, qaçıbkeçdin son göz yaşını sən,təbrik, daha qəmin yox,daha bütün qəmlərindostusan, tanışısan.
Daha nə qəm var aşmağa,nə də həvəs danışmağa,bəlkə bir dədünya dönə danışasan,lap elə dünya dönsə dəhamı hər şeyi bilir,kimə nə danışasan?!
Canın da yox yorulmağa?!Canın yoxsa,canı hardan aldın bəs,canı bədəndən atmağa?!Deyən, gözün də yumulmur,yuxun yoxdu, heç olmasa,bir şirincəölümün varmı yatmağa?!
Canın yoxsa, söylə necəmin illərdi qaça-qaçacanımdakı, gözümdəkiqırışları aşırsan,day qoca fəndi qaç, qoca,xəbərin yox, bu dünyanınən qoca göz yaşısan.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-son-dostuma-dunyanin-en-qoca-goz-yasina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Səyə salam vermək insafdan deyil,Əqrəbə, ilana sarışmaq olmaz.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Sənəma! Talibdir üzünü görməgə ürəkSənəma! Talibdir üzünü görməgə ürək,Aç üzün ta ki gözəl üzünü bir an görək.
Apar məni o yerlərəApar məni o yerlərə,O yerə ki, sevinc, gülüş