Bir min il də keçdi səni görəcəyimdən
Bir min il də keçdi səni görəcəyimdənkipriyimi qaldırıb sənə baxmaqistəyəcəyimdən,ancaq qaldıra bilməyəcəyimdənmin il də keçdi,İlahi, nə az çəkdigözlərimizin bircə an bir-birinəbaxmağı nədi,heç bircə kipriyin bircəcə an qalxmağına daçatmadı bu min il də, çatmadı, İlahi.
Bir min il də keçdi ölümümüzdən,Şükür, nə ölüm qıydı bizə,nə cücülər, ilanlar gözlərimizə,Şükür, bu min il də bir an bulanmadıbu qara torpaq da, bu qara daş da,bu min ili də göz yaşı kimidupduru durdular aramızda.Bu min il də hamının gözləri yumulu,bu dünyanın sonunacankipriklərinin altında gözləri açıqlarsevdiklərinə baxa bilməyən aşiqlərdi,aşiqlər.
Bir min il də keçdi səni görəcəyimdən,bu dupduru daşın altındaneyni anda, eyni göyüzünə baxmağımıza da,baxışlarımızın orda tapışmağına da,elə tapışan anda da sevginin şiddətindəngözlərimizin bir min il də qapanmağınaçatmadı, İlahi, çatmadı bu min il də.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-bir-min-il-de-kecdi-seni-goreceyimden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
– Neçin pəncərəmi döydün, ey külək?– Odur bax, yar gəlir... Çiynində örpək!
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.