Tanrı tramvayında
Bir qəm ayındaqucağında uşaq bir qəmli atayuxlaya-yuxlayagedirdi Tanrının tramvayında
Söykəyib üzünü soyuq şüşəyəÜşüyə-üşüyə üzündə qəmiAtanın üzünə baxırdı uşaq
O yuxulu üzü görəndən sonraO sevgili uşaq, o çiçək uşaqHeç zaman, heç yerdə ağlamayacaq
Dar gündə, xoş gündə yarıyan mələk,Ata yuxusunu qoruyan mələkUşağın üzündən göründü mənə.
Atalar yorulub vaxtsız yatanda.Divansız yatanda, taxtsız yatanda,Başının üstündə ulduz yatandaQəmin uşaqları oyaq olarlar.
Beləcə, beləcə,bir qaya yanında, bir daş dibindəbir çiçək ayılar bir gecəyarı,baxar, baxar görər yatıbdı hər yan,baxar, baxar, baxar, qəflətən qorxar,o yumsa gözünü hər şey yıxılar,o balaca çiçək,o körpə çiçəkyummaz gözlərini səhərə kimidünyanı ölümdən qoruyurmuştək.
Tanrıya xoş gələr çiçək düşünən,çiçək düşünəntək olar bu dünya,dünyanın gedişi qalar yarıda,o qədər sevinər,dünyanı ilk yolçiçəyə tapşırıb yatar Tanrı da.
Yatar bu dünyanın göyündə quşu,suyunda balığı, dağında daşı,çiçəyin gözündə özü bilmədənonu qoruyantək o baş bu başagəzər səhərəcən bir damla yaşı.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-tanri-tramvayinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Enə bilmək! Dönə bilmək!Ya ayağınla, ya başınla
Göyüzünün o üzünə oxuyacağım şeirBu nə işdi, Allahım, boy atıram,uşaqlar beşində, onunda boy atantək
Qonşu göyün adamı və ya öz ahından Allahı qoruyan adamHər gecə baxıram göyə,ən yaxın qonşu həyətdən
Göyümüzün bu başından o başınaBu yerişlə, bu duruşlaqarış-qarış hara gedir
Başqa şairlərin şeirləri
Sarmaşıqlar titrərkən sərin sular başında,Tək-tək düşər onların saralmış yarpaqları,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Üç gözəlPirsahat çaydan keçdim,Çay üstə üç gözəl gördüm,
Öləndə bir daşa çevirin məniÖləndə bir daşa çevirin məni –Vətən torpağında bozca bir daşı.