Xocalı – Tanrının balası
Tanrının və fırtınaların Çingiz Mustafayevinin «Hamınız arvadsınız!» – dediyi, bizim özümüzü eşitməzliyə vurduğumuz ana
Xocalı heç kəsin görə bilmədiyi sürətli insan fırtınalarının Tanrının əliylə yavaşıdılmış, görünən şəklidir. Allah sürətlə gedən zamanı birdən-birə saxlayıb bizə hər şeyi göstərdi.
Xocalıda, ondan əvvəl, ondan sonra əsir düşən qadınlar, qızlar əsir düşdükləri andan Tanrının əziz balaları və prezidentindən tutmuş dilənçilərinə qədər bütün azərbaycanlı kişilərin anaları oldular. Biz heç vaxt onlar qədər Allaha doğma və yaxın ola bilməyəcəyik.
Həm də ən körpə qız uşağı da Allaha bütün kişilərdən daha yaxın.
Xocalını azad eləməyi mən heç vaxt qələbə saymayacağam. Bunu ancaq göz yaşını silmək hesab etmək olar. Xocalı baş verən gündən Şəhidlər Xiyabanı mənim gözümə Tək, Böyük bir Məzar kimi, Milli Məclisin binası isə o Tənha Böyük Məzardan əfv diləyən Başdaşı kimi görünür. Ancaq o Məzar o başdaşını qəbul etmir, deyir, mənim başdaşım yox, Başgöyüm var, o, insan ayaqlarına sarı yox, Allahın yanınacan uzanır. Həm də deyir, mən məzar deyiləm, mən Tanrı yoluyam.
...Bu şeirin əvvəlində şair ölmüşdü. Çingizin qucağındakı ölü uşaq elə şairin özüydü. Sonra Tanrı onun nəfəsini qaytardı və şeirin sonrakı misraları yarandı. Bir zamanlar yerüzü yarandığı kimi.
Bu dünyada hər şeir bizə dünyanın necə yarandığını xatırladır.
Şeirin əvvəlindəki nöqtələrin yerinə «Şair burada ölmüşdü» də yazmaq olar.
......indi də gəl,«ölüm-ölüm» oynayaq,əvvəl mən ölüm, sən bilmə,sonra sən ölmə, sonra sən ölmə.
İndi də gəl«daş-daş» oynayaq,əvvəl sən mənə başdaşı ağla,başdaşı ağla,başdaşı qoy bir damla göz yaşından,sonra mən görünüm başdaşının içindən,çıxım uçum sənə sarı,sən də açma qollarını, açma qollarını.
İndi də gəl,«çiçək-çiçək» oynayaq,əvvəl sən qonmənim qəbrim üstə çiçəktək,sonra qalxım mən sənə görünmədən,qalxım qoxlayım tellərinitel-tel, ləçək-ləçək,görüm hələ də, hələ dəuşaqlığımın qoxusu gəlir tellərindəndünyanın əvvəlinin,sonunun qoxusutək.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-xocali-tanrinin-balasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bal saçlım!Bircə-bircə öpən kimi
Bu yıxılan qədəhtək ayıla bilmirəm səndənNarım, gilənarım,Can eşqlə,
Səni pələng cəngəlliyi, cəngəllik pələngi yaşadantək yaşayıram, narım, gilənarımMən səni sevmirəm, səni sevmək azdı,mən səni pələng cəngəlliyə,
Dünya təhlükədə – dünyanın altda canına dünyacan köz düşən adamSevişdik, sevişəliYanıldım, ucuz oldun,
Başqa şairlərin şeirləri · İlahi eşq
Dəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
ای دل به ساز عرش اگر گوش میکنیاز ساکنان فرش فراموش میکنی
Şikayətnaməİlahi, bu nə eşq, bu nə möhnətdir?Ənisim gah behcət, həmdəmim gahi müsibətdir.
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,