Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm
Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm,Bir zaman kuyində ziyarətimdir.Qiblə deyib, qaşlarına baş əymək –Gecə-gündüz mənim ibadətimdir.
Hər nə desəm, sən incimə sözümdən,Sərxoşunam, yox xəbərim özümdən,Şol qamətin yayınanda gözümdən,Sanasan ki, həşrü qiyamətimdir.
Bağlamışam din-imanı zülfünə,Mənim kimi heyran hanı zülfünə,Tapşırıb gedirəm canı zülfünə,Yaxşı saxla, səndə əmanətimdir.
Sənsən mənim ayım, günüm, hilalım,Dövlətim, iqbalım, cahım, cəlalım,Gözəl üzün daim fikrü xəyalım,Sözün dildə şirin hekayətimdir.
Sonalar xəcildir siyah telindən,Tutilər lal olur şirin dilindən,Şikəstə Vaqifəm, sənin əlindənHər kimə ki, yetsəm, şikayətimdir.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-ey-kebem-kerbelam-mekkem-medinem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu hal ilə, həbibim, həsrətindən can keçsinmi?Cigər pürkaləsindən navüki-müjgan keçsinmi?
Ey səbaEy səba, yarə de kim, avarə gördüm Vaqifi,Qəm əlindən bikəsü biçarə gördüm Vaqifi,
GörmədimMən cahan mülkündə, mütləq, doğru halət görmədim,Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim
Təzkireyi-NəvvabNaz ilə ta ol büti-tərsa kəlisadən çıxar,Sərxoşü xəndan bipərva kəlisadən çıxar,
Başqa şairlərin şeirləri · Eşq
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Hər zülmün rahatlıq bəxş edir inanHər zülmün rahatlıq bəxş edir inan,Şövqindir qəlbimi işıqlandıran.
Bəxti-nafərcam tək acılmadı qarə sabahBəxti-nafərcam tək acılmadı qarə sabah,Ki, deyəm hali-dilim yari-cəfakarə sabah.
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,