Vaxtı deyil
Bir fitnə fellinin, üzü xallının,Bir şirin dillinin qurbanıyam mən.Bir qənd məqallının, ləb zülallının,Bir ağzı ballının qurbanıyam mən.
Bir süsən muylunun, səmən boylunun,Fəriştə xoylunun, mələk soylunun,Bir cənnət kuylunun, tuba boylunun,Bir şümşad qollunun qurbanıyam mən.
Bir gözü şərlinin, cəng nəzərlinin,Zülfü ənbərlinin, müşk tərlinin,Bir səmənbərlinin, zər kəmərlinin,Bir incə bellinin qurbanıyam mən.
Bir çox ülfətlinin, məhəbbətlinin,Bir mərhəmətlinin, şəfəqqətlinin,Bir pəri tellinin, gün tələtlinin,Bir məhcəmallının qurbanıyam mən.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-qurbaniyam-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mərhəba, sən bizə, ey türfə cavan, xoş gəldin!Payinə peşkəş ola baş ilə can, xoş gəldin!
Ol mahi-münəvvər ki, səhərdən gedəcəkdirOl mahi-münəvvər ki, səhərdən gedəcəkdir,Şəmi rüxi-pürnuri nəzərdən gedəcəkdir,
Dərdin öldürdü məni, ey növcəvanım, gələ görDərdin öldürdü məni, ey novcəvanım, gələ gör,Həsrətindən oda yandı din, imanım, gələ gör,
Ey qaşı kaman, kirpiyi peykan, qaraçarqatEy qaşı kaman, kirpiyi peykan, qaraçarqat!Olsun belə canım sənə qurban, qaraçarqat!
Başqa şairlərin şeirləri · Eşq
Qaniçən qəmzən fələklər qəsrü dərbarın qırar!
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Nə yaxşı-yaxşıƏzizi-cani-dil, eyni-dirəxşan,Yazırsan risalə nə yaxşı-yaxşı.
Ol ki, yüzi lalədəndir, qaməti şümşadidənOl ki, yüzi lalədəndir, qaməti şümşadidən,Şadidir könli, nə ğəm, ana məni-naşadidən.