Adımı neyləyirsən?Adsız bir insan qalmaq istəyirəmbu qədər öz adı olan bitkilərin,şeylərin,adı olan ayların, günlərin arasında.Nə fərqi, canım, nə millətdənəm?Qarabuğdayı bir insan oğluyam,zəncidən xeyli bəyaz,Norveç balasından yüz qat tünd,baş dolandırıramneçə xalq, neçə millət,bir də beş-on dəniz arasında.İşim-gücümsən bilmədiyin bir dildə,bu dilin xəbəri olmadanşeirlər, nağıllar yazmaq.Yox, onu da bilmirəm,bəlkə burda həsrət içində,bəlkə buranın həsrətiyləgedəcəyəm dünyadan...

1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən