Aparır, məni vaxt aparır,Könlündən, əlindən qoparır,Ay ana, gözlərim qapanır,Gələrəm, qaranquş gələndə,Bəlkə, bəlkə, bəlkə də...

Gələrəm, bu yaya gələrəm,Yay ötsə, payızda gələrəm,Nigaran qalmısan, bilirəm,Gələrəm, durnalar gələndə,Bəlkə, bəlkə, bəlkə də...

Çıxarlar dünyaya qatarlar,Qatarlar min yerə çatarlar,Hələki dünyada qatar var,Gələrəm, vaqonlar ötəndə,Bəlkə, bəlkə, bəlkə də...*

1968

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri