Evə tələsirəm...
Evə tələsirəm...Elə bil əsirəm,Küçənin söyüş,sərxoş,oğru barmaqlı əlində.Qorxudan deyilməyənsöz tək qaçıram.Qaçıram aram-aram,sürünə-sürünə.Qaçmağımkimin gözünə görünə?Kimə görünəgecənin küçə döşəməsinədüşmüş iynə?Vədamarla qaçan iynə təkaxıram otağıma.Sancılıram yatağıma...Yox olur hər yan.Və iynə olmamaq,qarmaq olmaq istəyirəm bu an.1964
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-eve-telesirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir