Bura buradır, başqa yer deyil,şeirlərimin itən yeri də,tapılan məskəni də buradır,o tindən bu tinə qədər bir yer,bu yerin üstündəki ev,evin içindəki diriliyim,nəfəs almağım,su içməyim,havam, çörəyim, ömrüm,ömrümün sözlərə,sözlərim şeirlərə düzülüb,günahlarımı yumaq istəməyi,məni öz xəcalətimdən çıxarıb,bura, ancaq bura bağlamağı,məni burda saxlamağı ki,işdən-gücdən qalmayım mən,bu tinlə o tin arasında uçan sözlərmənə dəyib, bu dəftərə düşsünlər...

1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri