Mən bu əzabdan həm qorxur
Mən bu əzabdan həm qorxur,həm də onun arzusuyla yaşayırdım.Mən ondan həm utanır,həm də vicdanımı soyundurub,lüt-çılpaq çıxarırdımonun qarşısına.Özüm dilləndirib onu,özüm də utanmaqdanyerə girirdim onun qabağında...Hardan gəlib çıxıb bu əzab,hansı cansız göndərib onu?Axı dünyada heç bir vaxtən adi mətləbdən belə agah olmayacaqşeir yazan bəndə.Axı məndən kənardadır ətraf, kənarda,iqlimdə isəbu ətraf əks olunmuşgüzgüdən savayı heç bir şey yoxdur, yox...
1985
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-men-bu-ezabdan-hem-qorxur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Məndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
AxtarırsanAhu nigah, ay həsrəti xumarın,Dolanıb bağlarda bar axtarırsan.
GəlmişəmAman Allah, çərxi-fələk əlindənQəmlər çəkib axır canə gəlmişəm