Baş götürüb gedir
Baş götürüb gedir,köçmür,qaçır töyşüyə-töyşüyə,qarala-qarala nəfəsidəniz səsi.Suyunu, balıqlarını yığıb ortaya,dörd yandan çəkib sahillərinibağlama eləyir özünü dəniz,və qürbətə üz tuturbu dəli küləyin kürəyi üstə.Köhnə xalının naxışları kimisolur göy üzündə qağayılar,quma hopur sutəkqağayı kölgələri...Və bu köhnə dəniz yerininquru yurdundaboğaza gəlir xatirələrbulanan sərxoş ürəyi kimi...1986
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-bas-goturub-gedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir