Yenə həyata qaytarmaq istəyirəm
Yenə həyata qaytarmaq istəyirəmKöhnə dostları.Xatirəmdə külə dönmüş ötən günləridirildib,keçirtmək istəyirəm yenə“Metropol” restoranının qapısından.Aman Allah,necə tanışdır mənəbu sözləri yazan əl...Bir-iki həftə yaşayıb o günlərdə,yenə bu evə qayıtmaq istəyirəm.Kömək umuram o köməksiz zamandan...Ancaq bir-bir getdi o köhnə dostlar...Kimi qapıdan, kimi özündən,kimi yadımdan çıxıb...
1985
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-yene-heyata-qaytarmaq-isteyirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ta müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
Bir qətreyi-ərəq ki, yüzündən nisar olurBir qətreyi-ərəq ki, yüzündən nisar olur.Səhni-zəmin baharü gülü laləzar olur.
Yoxdur aləmdə bir aşiq kim, ola kami rəvaYoxdur aləmdə bir aşiq kim, ola kami rəva,Gər olub, aşiq degil, aşiqdir kami narəva.