Suyu qaçmış hovuzaBənzəyir dəniz indi,Solğun yerlərdə qalırSaldığın hər iz indi,Toy günü yarı ölmüşGəlinlərə bənzəyirAğ paltarlı buludlar...

Sən gələndəÇiçəklər açılardı,Sən gələndəDaşlar da gül açardı,Sən gələndəkədər məndən qaçardı...

Gündüzlərin səmasıNədənsə indi bumbuz,Gecələr başım üstəNə ay yanır, nə ulduz,Nədənsə bu xoş bahardaSarı yarpaqlar açırSöykəndiyim ağaclar...*

1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar