Yer üzünün bir yerində də,bütün insan və quş tarixi boyubir kəs belə, baxmayıb mənim qədərQaranquşların uçuşuna.Qaranquşların səsi gözüm görə-görə,qulağım eşidə-eşidəbir məsciddə, bir kilsədə deyilməmişdualara dönüb,və bu duaları mənə oxuyub qaranquşlar,Allah bilir, məndən nə uma-uma,nəyi, kimi görə-görə mənim yerimdə.Və mən beliqırılmış onda anlamışam,qanmışam ki,eşitsəm də qaranquşların duasını,görsəm də özləriniəl uzada bilməyəcəyəm onlara,Allah ola bilməyəcəyəm.Quşların Allahı qanadsız imiş,mənimki əlsiz-ayaqsız...

1986

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq