Bu arıq atların kölgəsi qara,Günəş şahə qalxıb, torpaq kişnəyir,Mən hara, gördüyüm bu ilxı hara?Hər gün gözlərimə gör nələr dəyir...

Bezikib, lap təngə gəlirəm hərdən,Elə bil hər əzab, dərd mənə qalıb,Sonsuz qadın kimi acı düzlərdən,Hansı qüvvə mənim yolumu salıb?

Buranı göz nədir, qarğış da tutmaz,Burdan yağış qaçıb, üz döndərib qar,Bir səsin dalından o biri çatmaz,Bir səsdən huylanmaz bu arıq atlar...

1986

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri