Yaralı-yaralı
Yaralı-yaralı,torpaqdan aralı,buludlar keçir.Qanımı içirbu qərib mənzərə,yapışıb canımdangözlərim görə-görə.Neçə yaxınım,bu günəyana-yana baxanım,baxa biləcəyimyoxdur burda,qalmışam darda,tək-tənha,baxa-baxa bu aləmə.
Nə deyim dilimə,dilimdə söz yoxdurbu günü deməyə,bu günü söyməyə.Qalmışam tək-tənhadünyanın burasında.Kaş biləydim harasında...Torpaqlayaralı buludlar arasında...
1986
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-yarali-yarali
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Naz et, dedim gözələ, işvələr azdır
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Deyişmə— Xurşid:Aman Çoban, mən yarımı ararəm,
DeyinənQasid, gedər olsan bizim ellərə,Bu naməni o canana deyinən.
Düşmüşəm seyd kimi damdə səyyad əlinəDüşmüşəm seyd kimi damdə səyyad əlinə,Bivəfa, qaniçici kafirü cəllad əünə.