Gecənin dağınıq qaranlığından,Keçib düz dənizə üz tutur külək,Yelkənlər küləklə dolmaq istəmir,Bu külək dənizin nəyinə gərək?

Ayrılıq düzündə insan baxtının,İzləri qurumaz suyla dolubdur,Ümid bel bağlamır yenə sabaha,Gələcək elə bil çoxdan olubdur...

Bir yuxu dayanıb qapım ağzında,Tozlu astanaya düşüb kölgəsi,Qapını açmağa çağırır məni,Yozulmaz yuxunun kimsəsiz səsi...

Bu bağlı dünyanın torpaqlarında,Bilmirəm, nə üçün salınıb yollar,Yaxşı ki, qapını döyən yuxununSəsini batıran dəniz səsi var...

1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar