Gəl bura, birgə oxuyaq,Görək nə çıxır bundan,Uzaqda fit verən qatar,Kaş çıxmasın yolundan.

Kimdən istəyirsən, soruş,Məni tanımır heç kəs,Odur qorxma, gəl oxuyaq,Sən iki səs mən heç səs...

Qatar burdan yaxşı keçdi,Bir şey olmadı, şükür,Oxu, əsl məqamıdır,Ay doğur, gecə çökür.

Başla, xısın-xısın ağla,Arabir dizinə vur,Belə oxu, bu yerlərinBaşqa nəğməsi yoxdur...1986

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri