Bir axşam taksidən düşüb payıza,Bilmədik haraya, hayana gedək,Dərin sularını qatıb dayaza,Dəniz də bağlandı yay kinosutək.

Yağışın əlindən qaçıb bir küncə,Dayandıq üzümüz qibləyə sarıYenə tapılmadı, payız gəlincəBağlı ümidlərin itmiş açarı...*

1964

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar