Gəl kilsəyə gedək,səninlə kilsədən çıxmaq istəyirəm.İstəyirəmgörsünlər, belə görsünlər bizi,bizi bir yerdə.Kilsə zəngləri çalınsın,Bakının küçələrində də,getməsin burnumuzdankilsədə yanan şamların iyi.Gəl gedək,sonra çıxaq kilsədən,şəhərə çıxaq birbaş.Və baxaq yanımızdan ötənadamların sifətinə.Görək evə qədərgözümüzə dəyəcəkmiİsa peyğəmbərə oxşayanbircə kişi, ya qadın...

1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri