Gizlət ayın işığını
Gizlət ayın işığını,Bəlkə bizi görən var,Qorxuram gecələri dəƏlimizdən alarlar.
Qar yağsa, heç kəsə demə,“Qış gəlib yer üzünə”,Birdən baharı tutarlar,Düşüb qışın izinə.
Eşitsən ki, bahar gəlib,Evdən çıxma bir yana,Nişana dönər, sevgilim,Çiçək taxma yaxana...
Bu qorxu nə vaxt başlanıb?Əsrin hansı ilində?Söz deməyə söz tapmıramBu torpağın dilində...1983
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-gizlet-ayin-isigini
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Qaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah
GözəlArif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.
Məktəb uşağıSübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanıEy dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?