Görünmək, heç olmasa gözə dəymək
Görünmək, heç olmasa gözə dəymək,sevilmək istəyib,xoşbəxt olmaq arzusuylaBakının küçələrini gəzə-gəzə,yenə gəlib çıxıram bura,dirənirəm dənizə.Və gəmi dibi qoxuyan bu liman,min insan sifəti görmüş sularsanki deyir:“Doğumla ölüm arasında səbir var...”Və qışın ən sazaqlı günündəəynindən çıxıb yerə düşürümidlərin, arzuların libası...Və yenə soyuq,yenə yay həsrəti, yenə günəş yası.Və yenəyeganə təsəlli kimigəmi dibi qoxuyan dəniz havası...1983
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-gorunmek-hec-olmasa-goze-deymek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Doğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Qəzəl: Qoymaz əldən eşq damanını əqli var olanQoymaz əldən eşq damanını əqli var olan,Etməz ol səhbayi-biğəş tərkini hüşyar olan
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Həcvi-məlih: Ola bərbad görüm belə yava dövranıOla bərbad görüm belə yava dövranı,Bəlkə bundan da yaman ola onun payanı