Nə qədər sual cavabsız qalarmış
Nə qədər sual cavabsız qalarmışbircə gödək insan ömründə?Nə vaxta qədərhəyatın özünə beləyeganə doğru cavabancaq ölüm olarmış?Nə çağa kimiheç nə bilməyəcəyik yaşayarkən,heç nə bilməyəcəyikağlaya-ağlaya, gülə-gülə?Elə beləmi gedəcək?Yagah elə, gah belə?Ən nəhəng, içi dolu gəmi dəbir gün görünməlidir axı dənizdə,yan almalıdır axı sahilə!..1983
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-ne-qeder-sual-cavabsiz-qalarmis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Olsun
Məni yardan ayrı salan,Görüm üzün siyah olsun
Bu qızBuraxsanız məni, çəkəcək dara,Əl-aman əlindən bax bu qız, bu qız.
Nə etmişəm fələkə, boylə qıldı zar məniNə etmişəm fələkə, boylə qıldı zar məni?Diyari-hicr-ara zarü dilfikar məni.
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,