İndi yalvar bu yollarınDöngəsinə, ayrıcına,Bu yolların qırağınıKollar basıb yana-yana.

Bu yollara çıxıb indi,Hara dönəsən biryolluq?Döngələri didilibdir,Ayrıcları yoluq-yoluq.Bir bahadır dizi üstəDüşüb göz yaşını tökür,Əlacsız nağılların daDərdini uşaqlıq çəkir.

Bağımızda alma dəyib,Ömrün budağını əyib,Budaqların arasındanGözümə bir ölüm dəyib...1982

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri