Xançalımın parıltısı qınında,Yarımın gözləri özgə yanında,Simurq quşu bu gün qonub oxudu,Aman, özgə damında, yar, damında.

Meşənin solunda, çayın sağında,Çəmənin göyündə, qarın ağında,Yarımın izləri qalır, ay Allah,Aman, özgə bağında, yar, bağında.Burdan bir atlı keçdi gün batanda,Quzular baş-başa verib yatanda,Yarın ağ örpəyi göründü getdi,Aman, özgə atında, yar, atında...1983

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq