Dəlilik gəlməsə də birdən-birə,cəhənnəmə ki,bu gündən sabaha qədər başdolandırmaq olaraxmaqlıq içində,bir cüt sərsəm təbəssümlə çiyin-çiyinəyaşamaq olar iyirmi dörd saat,iyirmi dörd saatın beş saatınıbu məmləkətin trass yolunda,yeddi-səkkiz saatın Gəncə motelində,o birilərini, Allah bilir, harada, necə,ancaq o dediyim təbəssümlə,çiyin-çiyinə,çox sərxoş olsan, baş-başa,axmaqlıq içində,əgər dəlilik,dəlilik gəlməsə, birdən-birə,göz görə-görə...1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri