Orda, bax indicə, bu saat,o telefon budkasına girən kimipəncərədən ötmüş küləksəslənəcək bütün qonşu evlərindətelefonlar.Bütün qulaqlara, qonşu qulaqlarınabir səs, eyni səs dəyəcək telefonlardanbax, bu küləyin,burdan ötüb,pəncərənin şüşələrini cingildətmişdəli küləyin səsi.Bir qonşu bilməyəcəkkimə zəng vurur külək,nə demək istəyirtelefon budkasının tozunusovura-sovura.Bir kəs görməyəcəktelefon budkasında vurnuxanküləyin gözlərini...1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri