Səlman bəy (tək, gəzinə-gəzinə). Dünyada əvvəlinci düşmən odu ki, qeyrətə, namusa dəymiş ola, rahatlığa və güzarana mane ola. Həzərat, and olsun Allaha, mən elə işi düşmənə də arzu eləmərəm. Bu gündü, hansı ki, mən çəkirəm?.. Düşmüşəm od-yalovun içinə. Öz evimdə nə insaf görmürəm, nə mürvət, nə ehtiram, nə məhəbbət və nə də mədara. Qalmışam naçar... Vurub özümü öldürsəm, namazıma da duran olmaz, goruma söyərlər. Öldürməzsən, başına nə çara qılasan? Bir tərəfdən bir yetimi götürüb külfət olmuşam, boşarsan, olu bədbəxt və bitəqsir, onu necə boşayasan, o biri tərəfdən ana... İnsan oluncan at olaydı adam, heç olmasaydı nə olurdu... (Başını tutub oturur. Səttar və Şamama xanım daxil olurlar.)

Şamama xanım (yıxılır Səlman bəyin ayağına). Səlman bəy, atam-anam sənə qurban, məni başına çevir, mənə bir əlac elə, mən tab eləyə bilmirəm, canım gəlib boğazıma. (Ağlayır.)

Səlman bəy. Nə qayırırsan? Nə qayırırsan? Ağlama, ayağa dur, görüm nə var?

Şamama durur.

Səttar bəy. Əmi oğlu, bağışla, gəlmişik sənə zəhmət verməyə, adamımız yoxdu dərdi ona açaq... İkimiz də səndən təvəqqe edirik bizim tərəfimizdən vəkil olub, bunun kəbinin geri oxudasan, çünki dolana bilmirik.

Şamama xanım. Bizi rədd elə, ayaqlarına qurban olum. Elə bil ki, bir əsir qul azad elədin.

Səlman bəy (kənara). Həmdərdlərim tapılıb.

Səttar bəy. Bu gün bazar günüdür, bilirəm asudəsən. Elə olsun ki, bu gün tamam olsun.

Səlman bəy. Balam, sizə nə olubdu, dəli olmamısınız ki? Camaat nə deyər? Əstəğfürullah eləyin, gedin işinizin dalıncan, bəs o biçarə tifillər necə olacaqlar?

Şamama xanım. Mən bunun evində oldum-olmadım, tifillərdən ötrü hamısı birdi. Çünki, qardaş, qoymurlar bir gün rahat evimizdə oturaq.

Səlman bəy. Sizin ki, qayınananız yoxdu, kimdi sizi incidən?

Şamama xanım. Belə bu bəyin bacıları! Gündə biri gəlir, ana, bizim qardaşımızı lüt qoydun, ana, bu evi niyə dağıdırsan?.. Ləçər, ona-buna yedirdiyin bir deyil, iki deyil. Başına dönüm, hansına cavab verim? Mənim sahibim də onlara dinə bilmir.

Səttar bəy. Qardaş, doğrusu budu ki, bir onlar deyəndə, beşini bu deyir... Ondan sonra peşman oluram. Evə gəlirəm, tutur mənim yaxamdan, ata qalmır, ana qalmır, yalvarırsan səsin kəsmir, döyürsən dəxi hədyan eləyir. Bacılarım bihəyadı, şək yox... Bu onlardan bir az artıq. Qardaş, doğrusu ki, təngə gəlmişəm. Deyəsən ki, bir gün, bir saat, ya bir dəqiqə məndə rahatlıq var, əstəğfürullah!

Şamama xanım. Onların hərəsinin öz evi var, getsinlər öz evlərində darğalıq eləsinlər, dəxi məndən nə istəyirlər?

Səttar bəy. Buna məsləhət görürlər ki, bacım, ağ günün qara günü də var... Olub qalanını dağıtma... Bu gör necə höcətdir ki, onların acığına qızıllarını satıb, daha da artıq tələfxərclik edir.

Şamama xanım. Satanda sənin malını satmıram. Öz atamın evindən gətirdiyim şeydi, nə billəm, elə elərəm.

Səlman bəy. Xeyr, bu işlər nahaqdır, sənin oldu, bunun oldu, hamısı birdir, höcətlik bir zad deyil.

Şamama xanım. Doğrusu budur ki, bunun bacıları mənə iynə batıranda, mən buna şiş batıracağam. Kefinə baxsın. Onlar o qədər pis-pis sözlər mənim haqqımda deyiblər ki, mən ölənəcən onlarnan varam.

Səttar bəy. Bunlar hamısı nahaq danışıqdı. Dahı danışıqdan keçibdi. Mənim ki, atama, anama gündə min kərə üzümə qarşı söyəcək, mən doğrusu buna dəxi dözə bilmirəm. Səlbnazın heç olmasa anası var, qovmusan, gedib evlərinə. Bunun heç kimi yoxdu, onunnan belə bir yerdə dilinə yiyəlik eləmir.

Səlman bəy. Bizim evin əhvalatın sən haradan bilirsən?

Səttar bəy. Heç, rəhmətliyin oğlu, tamam bazar danışır. Fatma xanım, deyib, ağlaşmada öz gününə ağlayıb. Sən nə danışırsan? Əlavə, Fatma xala ilə Çiçək xanım küçədə saç-birçək dalaşıblar, camaat yığılıb gücnən ayırıblar.

Səlman bəy. Balam, sən də mən günlü, mən də sən günlü, sabah ertə həmdərdlilər cəmləşib.

Şamama xanım. Səlman bəy, atam, anam sənə qurban! Gün günorta oldu, əgər zəhməti qəbul eləyirsən, durmaq yeri deyil.

Səlman bəy (Səttar bəyi kənara çəkir). Ölmək ölməkdi, xırıldamaq dahı nə lazım?.. Əkilək.

Səttar bəy. Sən öl, bu saat hazıram.

Səlman bəy. Ya Əli, məded – deyib dabanımıza tüpürək, hər nə ola, ola.

Səttar bəy. Hara?

Səlman bəy. Tanrı böyük, altı gen.

Səttar bəy. Əl ver.

Səlman bəy. Buyur.

Şamama xanım. Əgər siz istəmirsiz, mən bu saat özüm gedim qazıxanaya.

Səlman bəy. Bu saat gedirik sizin işinizi tamam etməyə, arxayın olun. (O biri otaqdan bir yapıncı çıxardıb bürünüb tələsik çıxırlar.)

Səttar bəy (qapını daldan bağlayıb). Şamama xanım, gözün aydın olsun, gedirik, axtarsanız bizi taparsınız Sibirdə, Sibirdə Sibirdə... (Şamama xanım yüyürüb istəyir qapını açsın, aça bilməyir.)

Şamama xanım. Səttar, Səttar, bircə geri qayıt! Səttar, aman günüdür, Səttar!.. Səttar, getmə. Səttar, balalarını kimə tapşırıb gedirsən? Səttar, qurbanın olum, getmə, qələt eləmişəm... (Geri qayıdır.) – Allah, bu nə işdi mən düşdüm, öz əlimdən öz evimi tar-mar elədim. Mən o iki tifilləri nə tövr saxlayacağam? (Ağlayıb yıxılır.)

Fatma xanım daxil olur.

Fatma xanım (baxıb). Şamama, niyə belə eyləyirsən?.. Şamama! Şamama! (Tez su gətirir.)

Şamama xanım (ayılıb). Getdilər, getdilər.

Fatma xanım. Bircə özünü düzəlt, ala su iç... Genə... genə

Şamama xanım. Getdilər, getdilər.

Fatma xanım. Kim, getdilər?

Şamama xanım. Getdilər, getdilər. Aman Allah, getdilər, su, su, su! (Fatma xanım su verir.)

Fatma xanım. Yasar olma, özünü düzəlt!

Şamama xanım. Səlman, Səttar...

Fatma xanım. Səlman, Səttar getdilər? (Şamama işarə ilə deyir “bəli”.)

Fatma xanım. A qız, məni qorxutma, bircə ağıllı de görüm nə oldu?

Şamama xanım. Səlman, Səttar qaçdılar Sibirə.

Fatma xanım. Ha vaxt getdilər, başına dönüm?

Şamama xanım. Elə bu saat.

Fatma xanım. Vay, evim yıxıldı. (Yıxılır.)

Çiçək xanım və Səlbnaz xanım daxil olurlar.

Çiçək xanım. Bu nədi, Şamama xanım, niyə ağlayırsan?

Şamama xanım. Evim yıxılıb, başına dönüm, evim tar-mar olub, qurbanın olum!

Çiçək xanım. Nə olubdu, bircə özünü toxtat, de görüm nə olub?

Şamama xanım. Səlman, Səttar qaçdılar Sibirə...

Səlbnaz xanım oturur, əlləri ilə üzünü örtür.

Çiçək xanım. A Fatma xanım, dincəldinmi? Nasın, pasın yatdımı?

Fatma xanım. Sənin qızın bu evə gələn günə daş düşəydi!

Səlbnaz xanım. Ana, durmaq yeri deyil, qaçaq divan qapısına.

Şamama, Çiçək xanım və Səlbnaz tez çıxırlar.

Çiçək xanım. Gəlin, yazıq balalarım.

Fatma xanım. Yüyürün, başınıza dönüm, yüyürün, ayaqlarınıza qurban olum... Vay, vay, oğulsuz qalan canım vay...

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Teleqram

Öz qayeyi-amalı kimi millətinin zehnində də əbədi qalan millət şairi və müəlliminin ziyasını ürəyimin ən dərin guşəsində hiss edirəm.“Sədayi-həqq” qəzeti, 8 fevral 1915, №29*

1 dəq
Tərcümeyi-halım

Mən 1854-cü ildə bahar aylarında Şuşa şəhərində anadan doğulmuşam. Məni on iki yaşında məktəbə göndəriblər. Üç ayın ərzində Quran oxumağı öyrənib, yazıya başladım. Bir ildən sonra məni Şuşa şəhərinin mülkiyyə məktəbinə verdilər. Burada məni bir müəllimə tapşırdılar ki, kardon üzərində yazılmış rus əlifbasını mənə təlim etsin. Mənim yeni müəllimim Mkırtıç adlı bir erməni idi. Bu zalım adət etdiyindən məni haqqa və nahaqqa ya kardon ilə və ya əli ilə döyərdi. Axırda bu işgəncələrə davam etməyib məktəbdən qaçmağa məcbur oldum. Xiş əqvamımdan birisi məni istedadsız bilərək öz yanına alıb rus qəvaidi-lisaniyyəsinə aşina etməyə çalışdı ki, bəlkə məni kənd mirzəliyinə qəbul eləsinlər. 1868-ci ildə anamın göz yaşına baxmayıb, dərs oxumaq üçün qaçıb Bakıya gəldim. Anamın ağlaması bundan ötəri idi ki, bəlkə mən kənd mirzəsi olub ailəmizi saxlayam, çünki bizim həyatımız nəhayət üsrət ilə keçirdi. Atam naxoş və bacarıqsız bir adam idi. Bizi ancaq anamız çalışıb para qazanmaqla saxlardı. Qohum-qardaşlarımızın bizə kömək etməmələrindən dolayı rəhmsizlikləri məni çox dilgir və mütəəssir edirdi. O vaxtlar mənim yadıma düşdükcə indi də ürəyim parə-parə olur.Bakıya gəldim, indiki realnı məktəbi onda “realnaya gimnaziya” adlanır idi. İkinci klasa imtahan verdim. Amma nə coğrafiya və nə tarixi-təbii bilirdim. Məhz mənim hazırcavablığımdan ötəri məni qəbula rədd etmədilər. Bir il Bakıda mövcud əqrəbamızın yanında oldum. Bir ildən sonra məni padşahlıq xərcinə pansiona götürdülər.

6 dəq
Müsibəti-Fəxrəddin

Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı*Əfradi-əhli-məclis

18961 dəq
Əvvəlinci məclis

Vaqe olur Rüstəm bəyin otağında, Avropa qaydasında bəzənmiş, Rüstəm bəy əyləşib səndəli üstə, tək.*Rüstəm bəy** (tək). İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam, həmişə və hər yerdə düşmənə faiq gəlmişəm, bir Allahdan savayı heç kimdən qorxmamışam... (Səktə) Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum... Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdun xaraba qoydum, tar-mar elədim, evinə od vurdum, külün havaya sovurdum... İndi mən bir ağzından süd iyi gələn cavandan qorxacağam?! (Durur ayağa) Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətdə uşaqdan çəkinəcəyəm? Mən, mən Rüstəmi-zəmanə? Heç vaxt. (Təbəssümlə) Hmm... Görək Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı, qabağımda dovşan tazı qabağında qaçan kimi vazıyırdı. (Səktə.) Özün öldürtdüm, qızın güclən oğluma gətirtdim, qardaşların bu vilayətdən itirtdim... İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğlun qanı yerdə qalsın? O mən deyiləm. (Uzun səktə, çağırır.) Əhməd, Vəli!.. Hərgah onu atası yolu göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun. (Əlin vurur başına.) Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər... Mən gərək o evi xaraba qoyam!..

189612 dəq

Başqa şairlərin şeirləri