Ey həmdəmim, gəl ki, gedər can durmaz
Ey həmdəmim, gəl ki, gedər can durmazSənsiz tutmaz söyləməyə dillər hey.Kəsilibdir, yoxdur səbrü qərarım,Bir saətim olub uzun illər hey.
Heç bilmədim dövran necə dolandı,Yandı cismim atəşlərə qalandı.Könül şəhri gündən-günə talandı,İndi oldu bir xərabə çöllər hey.
Həsrətindən əlif qəddim büküldü,Cismim bəndi yerbəyerdən söküldü,Gözüm yaşı yol-yol oldu töküldü,Üzüm üstdən axdı qanlı sellər hey.
Nə şirindir, məhəbbət tək zad olmaz,Ölənətən könül ondan yad olmaz,Müddətdir ki, məlul könlüm şad olmazMəgər əsməz dost kuyindən yellər hey?
Vidadi xəstəyəm günlər sanaram,Dərd əhliyəm qəm hərfini qanaram,Qəriblikdə yada düşər yanaram:Aşna, yoldaş, yar, müsahib, ellər hey.
Kitabxana.az · https://kitabxana.az/works/vidadi-ey-hemdemim-gel-ki-geder-can-durmaz
Müəllifin digər əsərləri
Gəl, könül, bir ibrət al bu gərdişi-dövranə bax,Gəl, könül, bir ibrət al bu gərdişi-dövranə bax,
Könül həsrət, can müntəzir, göz yoldaKönül həsrət, can müntəzir, göz yolda,Ömr azaldı, və’də keçdi san ilə.
Novruzi-bahar oldu, cahan tazətər olduNovruzi-bahar oldu, cahan tazətər oldu,Rəf oldu ələmlər,
Seyri-gülşən etsən, ey gülüzarımSeyri-gülşən etsən, ey gülüzarım,Bülbül oxur, bağlar sədayə düşər,
Başqa şairlərin şeirləri
Çörək müqəddəsdir, çörək əzizdir,İnsanları yaşadandır bir tikə.
GəlmədiBaşma döndüyüm, qurban olduğum,Hara getdi baxtı qara, gəlmədi?
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Öyrəşib bu qürbətə, oldum vətəndən bixəbərÖyrəşib bu qürbətə, oldum vətəndən bixəbər,Qəmlərə düşmüş könüldən getdi ümmidi-səhər.