Güneyimdə mənim özüm,Şirin ləhcəm, şirin sözüm,Həsrətdədi mənim gözüm,Təbrizim, ay Təbrizim.

Yağdı həsrət yağışları,Eşit, Allah, alqışları.Sərtdi qonşu baxışları,Təbrizim, ay Təbrizim.

«Dağlarının başı qardı».Həsrətindən saç ağardı.Bu nə görkəm, nə vüqardı?Təbrizim, ay Təbrizim.

Soyumuza yad olmuşuq,Özgə-özgə ad olmuşuq,Kim deyir ki, şad olmuşuq,Təbrizim, ay Təbrizim.

Bölünübdü Vətən iki,Birdir dili, birdir kökü,Birləşmədi Təbriz-Bakı,Təbrizim, ay Təbrizim.

Heydrbaba dağlı dağdı,Şahgölü dağlı bulaqdı,Quzeyin sənə dayaqdı,Təbrizim, ay Təbrizim.

Nə Şəhriyar, nə də vahidGörmədi vətəni vahid.Qoy biz olaq buna şahid,Təbrizim, ay Təbrizim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran