Heyran dağlarına mən qonaq oldumAstara-Ərdəbil yoluyla qalxdımVüqarlı qartaldım zirvədə duran,Vətəndən Vətənə həsrətlə baxdım.

Rəssam fırçasıyla çəkilən dağlar,Sinəsinə qəmlər əkilən dağlarBaxışı həsrətlə dikilən dağlarVətəndən Vətənə həsrətlə baxdım.

Fındıqlı zirvəsi göylərə yaxın,Səriyin, Vənəmin, nəminə baxın,Qəzəlim Yardımlı, Lerikə yaxınVətəndən Vətənə həsrətlə baxdım.

Qoşa Astaramız iki bölünüb,Bölünən bu ürək birgə döyünüb.Vüqar Əhməd sərhəd görüb deyinibVətəndən Vətənə həsrətlə baxdım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən