Azərbaycan-doğma elim,Nə gözəldi ana dilim.Ən ətirli solmaz gülümVətənimdir, Vətənimdir.

Naxçıvanım, Bakım, Gəncəm,Qarabağım güldən incəm.

İstiqlalım fidan, qönçəm,Vətənimdir, Vətənimdir.

Nəğmələri şöhrətlidi,Oğulları qeyrətlidi,Hər qarışı qiymətlidir,Vətənimdir, Vətənimdir.

Bölünübdür Vətən iki,Birləşməyir Təbriz-Bakı,Şimaldakı, CənubdakıVətənimdir, Vətənimdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən