Göy Xəzərin, Abşeronun gözüdü,Nəğmələrin şeirlərin sözüdü,Gözəllikdə bu dünyanın özüdü,Qızıl qumlu bir cənnətdir, Bilgəhim.

Xoş havası xəstələrə verir can,Dahilər var torpağında dil açan,Qalib kimi bir insan var nur saçan,Bu oğullar qənimətdir, Bilgəhim.

Şeyximiz də mərhəm olub buraya,Arif insan haray verir haraya,Tofiq adı məşhur olub dünyaya,Nəğmələrin bir sənətdi, Bilgəhim.

Ağ şanın da sanki baldı, şəkərdi,Zəfəranın nə dadlıdı, nə tərdi.Zəncəfilin hamını məst edərdi,Razyanan da bir ləzzətdi, Bilgəhim.

Zənginlərin imarəti burdadır,Bilgəh də bir məhəbbətdir, sevdadır,Ləhcələri şirinlikdən bal dadır,Dincələnə bir xəlvətdi, Bilgəhim.

Yetiribsən yazarları, alimi,Türk elidir, mən də sevdim elimi,Abşeronun sarı simi, ağ simi,Muğam bizə əmanətdi, Bilgəhim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri