Cənnət Qarabağ
Ağdamım, Laçınım, Füzulim mənim,Ləhcəsi şəkərdən şirinim mənim.Ləhcəsi şirindən şirinim mənim,Dərdlərin qəlbimə çəkib dağ mənim.
Həsrət qalıb ağlar gözüm üzünə,Nəğmə qoşdum bayatına, sözünə.Əlim çatmır əsir Cıdır düzünə,Nəmli yanaq, cənnət məkan Qarabağ.
Elimin şaxtadan doğan yazısan,Vətənin nur saçan dan ulduzusan.Qarabağ maralı, elin qızısan,Elin sənə dayaq, cənnət Qarabağ.
Üzeyir vətəni şən Ağcabədi,Öz elimdi Qarabağım əbədi.Cəbrayıl, Tərtəri görənlər dedi:Elin sənə dayaq cənnət Qarabağ.
Kitabxana.az · https://kitabxana.az/works/vuqar-ehmed-cennet-qarabag
← → düymələri ilə keçid, R — təsadüfi şeir