Corat
Evlərində şənlik,büsat,Süfrələrdə noğul-nabat.Nə gözəldir burda həyat,Abşeronun gözü Corat.
İnsanları adlı-sanlı,Cavanları dəliqanlı.Nazəninlər istiqanlı,Hər daşına mən can dedim,
Mənim əziz, doğma kəndim.
Abidələr necə qədim,Hər tərəfi bağça-bağat,Xeyir iş gör, qurub-yarat,Tariximin izi Corat.
“Muğam” adlı abidəniHəm müğənni Zahidəni,Coratlılar sevir qəlbən,Abşeronun gözü Corat.
Burda sevər hamı zəhmət,Sənətkara verər qiymət,Şeiri yazdı Vüqar Əhməd,Corat kəndim, Corat kəndim.
Kitabxana.az · https://kitabxana.az/works/vuqar-ehmed-corat
← → düymələri ilə keçid, R — təsadüfi şeir