Bir gün Teymur Ləng Mollanı şikara dəvət edir.Qasid xəbər gətirir
ki, Molla bu saat gələcək. Gözləhagözlə, bir də baxırlar ki, Molla əlinin
üstündə bir qarğa, budur gəlir. Teymur Ləng Mollanı belə görəndə
özünü saxlaya bilməyib gülür ki:
– Ay Molla, bu qarğa nədir? Yoxsa qarğa ilə şikara getmək istəyirsən?
Molla:
– Nə olar ki?..
Teymur:
– Axır qarğa şikar eliyə bilməz.
Molla:
– Edər. Lap yaxşısından edər. Mən elə qarğalar tanıyıram ki, qızılquşdan
yaxşı şikar eləyir, özü də quşa nədi ki, lap adama cumurlar.
Sonra saray adamlarını göstərib deyir:
– Bir dön ətrafına bax!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Aşıq Cünun

Günlərin birində Koroğlu yenə də Qıratı minib gədiyi kəsmişdi. Bir də baxdı ki, budu bir karvan gəlir. Koroğlu gözlədi, elə ki, karvan gəlib çatdı, bir nərə çəkib atı dağdan aşağıya buraxdı. Karvandakı adamlar əl-ayaq açana kimi Koroğlu onların başının üstünü aldı. Deyirlər Koroğlu hər karvanı soyub dağıtmazdı. Qabaqca onlardan bac istərdi. Bu karvanın da qabağını kəsib bac istədi. Bəzirganbaşı onu tək görüb sözlərinə fikir vermədi. İstədi ki, karvanı çəksin. O bilmirdi ki, bu adam adı dillərdə dastan olan qoç Koroğludur. Qan vurdu Koroğlunun beyninə. Dəli Koroğlu yenə coşdu. Əvvəl Misri qılınca əl atmaq istədi. Sonra lənət şeytana deyib üç telli sazı döşünə basıb, görək nə dedi:Gəl sənə söyləyim, bəzirganbaşı,

4 dəq
Koroğlunun Türkman səfəri

Deyirlər Koroğlunun oğlu yox idi. Nigar xanımı almışdısa da, amma övladı olmamışdı. Koroğlu Qarsın ətəklərindəki Alacalar adlı dağda Osmanlı qoşunu ilə toqquşduğu zaman çox bərk dara düşüb, yeddi gün, yeddi gecə o mahasırada qalmışdı.Bundan çox qorxduğuna görə kişilikdən kəsilmişdi.

21 dəq
Dəmirçioğlunun Çənlibelə gəlməyi

Koroğlu bir gün Qıratı nallatmağa aparmışdı. Gəzib-gəzib axırda bazarın lap qurtaracağında kamil bir nalbənd tapdı.Atdan düşdü, nalbəndə salam verib Qıratı onun qabağına çəkdi.

7 dəq
Koroğlunun Ərzurum səfəri

Günlərin bir günü Koroğlunun aşığı Cünun Ərzuruma gəlmişdi.Cəfər paşanın məclisində oxuyurdu. Söhbət arasında Cəfər paşa dedi:

18 dəq

Başqa şairlərin şeirləri