Xudaya, bəhəqqi birincü kərə,Mənə tez bərat eylə beş-on lirə!

Xudaya, əgər yoxdu nəğdən pulun,Bari açgilən milləta Rus yolun,Və ya rəhm sal qəlbinə konsulunKi, bəlkə verə millətə təzkirə.

Aman, ingilisin işindən aman,Yeridir su altından hər gün saman,Onun öhdəsindən gələmməz cahan,Xuda, ingilisi özün vur yerə!

Nə məzhəb daşır, nə mürüvvət, nə din,Bığın kəsdirib, qırxdırıb səqqəlin,Lazan məclisində o Şimri-ləinOturmuş ki, xəlqin belin sındıra.

Gəhi bihəya qəsdi-İran edir,Yığır Dari-Şurani viran edir,Vüsuqi, Qəvami yenə xan edir,Olur düşməni-can maliklərə.

Deyil bu, dadaş, qeyğanağü tərək,Deyərlər buna "İngilisi kələk".İşarət edəndə o kafər, gərək,Müsəlman o saat girə səngərə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq