Dilbəra! Bu rind genə bir yağlı qurban axtarır,Bu qələtdir kim, deyərlər, əhli-iman axtarır.

Vaizə ərz eyləyim bihudə zəhmət çəkməsin,Çoxdu meydani-səxavət, gər müsəlman axtarır.

Bu pərişan qız mühübbü şahi-mərdandır, əmu,İrzü namusu eşikdə, bir tikə nan axtarır.

Bilmirəm sirri nədir Parisə getmir bu məriz,Dərdinə gəh Xamnədə, gəh Sisdə dərman axtarır.

Binəvanın gözlərin mili-təəssüb kur edibMətləül-şəms cəhldə abi-heyvan axtarır.

Aləmi pürnur edib nuri-qəmər, yəlləl-əcəb,Nuri şəm ilə bu nadan mahi-taban axtarır.

Qoy yerə səccadəni, al başuvi, bir yana qaç,Kafər əldə qanlı xəncər əhli-Quran axtarır.

Pirəzənlər karidir təsbih ilə cəng eyləmək,Al ələ dəhtiri, düşmən mərdi-meydan axtarır.

"Lovhəşəllah", "maşəallah", "afərin", "səd afərin!"-Şiənin qarnın doyurmur; musyo Vartan axtarır.

Mülhüdün dəhr ilə yoxdur kari ki, qanın tökə,Xalisən-muxlis mühübbü şahi-mərdan axtarır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri