Bəkil oğlı Əmranın boyını bəyan edər
Səhifə 2 / 2 · 50%
Qara polad uz qılıcı gödək oğlan!
Əlindəki sügüsi sınıq oğlan!
Ağ tozlu yayı gedə oğlan!
Biləgində doqsan oqı seyrək oğlan!
Yanındağı yoldaşları çıplaq oğlan!
Qarannulıca gözləri çöngə oğlan!
Şökli Məlik sana qatı pusdı.
Meydandakı şol oğlanı tutun,
Qarusından ağ əllərin bağlan,
Gafillicə görklü başın kəsin.
Alca qanın yüzinə tökün, -dedi.
Ağ saqallu baban varsa, ağlatmağıl,
Ağ birçəklü anan varsa, bozlatmağıl.
Yalnuz yigit alp olmaz.
Yovşan dibi bərk olmaz.
Qadası yetmiş, qavat oğlu qavat,
Qayıda dön buradan! - dedi.
Oğlan dəxi burada soylamış, görəlim, nə soylamış, aydır:
Hərzə-mərzə söyləmə, mərə itim kafir!
Altımda Al ayğırım nə bəgənməzsən, -
səni gördi, oynar.
Əgnimdəki dəmür donum çignüm qısar.
Qara polad uz qılıcum qının doğrar.
Qarğı dalı sügüm nə bəgənməzsən,
Köksün dəlüb gögə pırlar.
Ağca tozlu qatı yayım zarı-zarı inlər.
Sadaqda oxum kişin dələr.
Yanımda yigitlərim savaş dilər.
Alp ərə qorqu vermək eyib olur.
Bərü gəlgil mərə kafir dürişəlim! - dedi.
Kafir aydır: “Oğuzun arsızı türkmanın dəlüsinə bənzər! Bağ-a, şuna”, - dedi.
Təkür aydır: “Varun sorun, oğlan Bəkilin nəsidir?” - dedi. Kafir gəlüb oğlana soylamış, görəlim, necə soylamış; aydır:
Altundağı Al ayğırı bilürüz Bəkilindir,
Bəkil qanı?
Qara polad uz qılıcun Bəkilündür,
Bəkil qanı?
Əgnundağı dəmür donun Bəkilindir,
Bəkil qanı?
Yanundağı yigitlər Bəkilindir,
Bəkil qanı?
Əgər Bəkil bunda imiş isə,
Gecəyədəkin cəng edəydik,
Ağca tozlu qatı yaylar dartışaydıq.
Ağ yeləklü ötkün oxlar atışaydıq.
Sən Bəkilün nəsisən, oğlan,
degil mizə! - dedi.
Bəkil oğlı burada soylamış; görəlim, xanım, nə soylamış, aydır: “Mərə kafir, sən məni bilməzmisin? Ağ almlu Bayındır xanun bəglərbəgisi Salur Qazan, qardaşı Qaragünə çapar yetdi. Dönəbilməz Dülək Uran, Dözən oğlı Alp Rüstəm, Boz atlu Beyrək bəg Bəkilün evində içərlərdi, səndən casus gəldi. Altındağı Al ayğıra Bəkil məni bindirdi; qara polad uz qılıcm qüvvət verdi; qarğu dalı sügüsin himmət verdi; yanındağı üç yüz yigidin mana yoldaşlığa qoşdı. Mən Bəkilin oğlıyam, mərə kafir! Bərü gəl, dögüşəlim!” - dedi.
Kafir təkür aydır: “Qatlan, mərə qavat oğlı, mən sana varayım! - dedi. Altı pərlü gürzini ələ aldı, oğlanun üzərinə sürdi. Oğlan qalqanını gürzə qarşu tutdı. Yuqarudan aşağa kafir oğlanı qatı urdı. Qalqanını avatdı, tuğulqasını yoğurdı, qapaqların sıyırdı, oğlanı alımadı. Gürzlə dögişdilər, qara polad uz qılıc ilə dartışdılar, sərpə-sərpə meydanda qılıclaşdılar, çiginləri doğrandı, qılıcları avandı, bir-birin alımadı. Qarğu dalı sügülər ilə qırışdılar, meydanda buğa kibi süsəşdilər; köksləri dəlindi, sügüləri sındı, bir-birin alımadılar. At üzərindən ikisi qarvaşdılar, dartışdılar. Kafirün güci ziyadə, oğlan zəbun oldı. Allah Taalaya yalvarub soylamış, görəlim, necə soylamış, aydır:
-«***§# » -
Yucalardan yucasan,
yuca Tanrı!
Kimsə bilməz necəsən,
görklü Tanrı!
Sən Adəmə tac urdun,
Şeytana lənət qıldun
Bir suçdan ötri
dərgahdan sürdün.
İbrahimi tutdurdun,
Xam gönə çulğadun,
Götürüb oda atdurdun.
Odı bustan qıldun.
Birligünə sığındım, əziz Allah,
xocam, mana mədəd! - dedi.
Kafir aydır: “Oğlan, alındunsa, Tannnamı yalvarursan? Sənün bir Tanrın varsa, mənüm yetmiş iki bütxanam var!” - dedi.
Oğlan aydır: “Ya asi məlun, sən pütlərünə yalvarırsan, mən aləmləri yoqdan var edən Allahıma sığındım”, - dedi. Haq Taala Cəbrayilə buyurdı kim: “Ya Cəbrayil, var, şol quluma qırq ərcə qüvvət verdim”, - dedi.
Oğlan kafiri götürdi, yerə urdı. Bummdan qanı düdük kibi şorladı. Sıçrayub şahin kibi kafirin boğazın ələ aldı.
Kafir aydır: “Yigit, aman, sizün dinə nə derlər, dinünə girdim”, - dedi. Parmaq götürüb, şəhadət gətürüb müsəlman oldı. Qalan kafirlər bilüb, meydanı salub qaçdı.
Aqınçılar kafirin elin-günin urub qızın-gəlinin əsir etdilər. Oğlan babasına muştçı göndərdi, “qırımım aldum”, - dedi. Ağ saqallu babası qarşu gəldi. Oğlının boynını qucdı. Dönüb evlərinə gəldilər.
Qarşu yatan qara dağdan oğlana yaylaq verdi. Qaraqucı yügrək atdan təvləverdi. Ağca yüzlü oğlma ağca qoyun şülən verdi. Ala gözlü oğlma al duvaxlu gəlin aldı. Ağ almlu Bayındır xana pəncik çıqardı. Oğlın aldı, Bayındır xanın divanına vardı. Əl öpdi.
Padşah Qazan oğlı Uruzun sağ yanına ana yer göstərdi. Cübbə-çuğa çırğab geyürdi.
^ SBSK**-
Dədəm Qorqud gəlübən, şadlıq çaldı. Bu oğuznaməyi düzdi-qoşdı, “Bəkil oğlı Əmranın olsun!” - dedi. Ğazilər başına nə gəldügin söylədi:
Yum verəyin, xanım!
Yerlü qara dağların yıqılmasun!
Kölgəlicə qaba ağacın kəsilməsün!
Allah verən ümidin üzülməsün!
Günahınızı adı görklü Məhəmmədə bağışlasun,
xanım, hey!!!
Kitabxana.az · https://kitabxana.az/works/xalq-kitabi-dede-qorqud-boy-9
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
DİRSƏ XAN OĞLI BUĞAC XAN BOYINI BƏYAN EDƏR, XANIM, HEY!**Bir gün Qamğan oğlı xan Baymdır yerindən durmışdı. Şami günlügi yer yüzinə dikdirmişdi. Ala sayvanı gög yüzinə aşanmışdı. Bin yerdə ipək xalıçası döşənmişdi.
Salur Qazanın evi yağmalandığı boyı bəyan edərBir gün Ulaş oğlı, Tulu quşun yavnsı, bizə miskin umudı, Amit soyının aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi, xan Uruzun ağası, Bayındır xanın güyəgisi, Qalın Oğuzun dövləti,qalmış yigit arxası Salur Qazan yerindən durmışdı. Toqsan başlu ban evlərin qara yerin üzərinə dikdirmişdi. Toqsan yerdə ala qalı-ipək döşəmişdi. Səksən yerdə badyalar qurılmışdı. Altun ayaq sürahilər düzilmişdi. Doquz qara gözlü, xub yüzlü, saçı ardına örilü, köksi qızıl dügməli, əlləri biləgindən qınalı, barmaqları nigarlı məhbub kafir qızları Qalın Oğuz bəglərinə sağraq sürüb içərlərdi.İçüb-içüb Ulaş oğlı Salur Qazanın alnına şərabın itisi çıqdı. Qaba dizi üzərinə çökdi, ayıtdı: “Ünüm anlan bəglər, sözüm dinlən bəglər! Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurıdı; yüriyəlim, a bəglər, av avlayalım, quş quşlayalım, sığın-keyik yıqalım, qayıdalım otağımıza düşəlim, yeyəlim-içəlim, xoş keçəlim!” Qıyan Selcük oğlu Dəlü Dondar aydır: “Bəli, xan Qazan, məsləhətdir”. Qaragünə oğlı Qarabudaq aydır: “Ağam Qazan, məsləhətdir”.
Qam Börənin oğlı Bamsı Beyrək boyını bəyan edərQAM BÖRƏNİN OĞLI BAMSI BEYRƏK BOYINI BƏYAN EDƏR, XANIM, HEY...Qam Gan oğlı xan Baymdır yerindən durmışdı. Qara yerin üstinə ağ ban evin dikdirmişdi. Ala sayvan gög yüzinə
Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boyı bəyan edərQAZAN BƏG OĞLI URUZ BƏGİN TUTSAQ OLDIĞI BOYI BƏYAN EDƏR, XANIM, HEY!Bir gün Ulaş oğlı Qazan bəg yerindən durmışdı. Qara yerin üzərinə otaxlarm tikdirmişdi. Bin yerdə ipək xalıcası döşətmişdi. Ala sayvan gög yüzinə aşanmışdı. Doqsan tümən gənc oğuz söhbətinə dərilmişdi. Ağzı böyük xümrələr ortalığa salınmışdı. Doquz yerdə badyalar qurılmışdı. Altun ayaq, surahilər dizilmişdi. Doquz qara gözli, örmə saçlı, əlləri biləgindən qınalı, parmaqları nigarlı, boğazları birər qarış kafir qızları al şərabı altun ayağla Qalın Oğuz bəglərinə gəzdirirlərdi. Hər birindən Ulaş oğlı Salur Qazan içmüşdi. Çırğab-çırğab çadır, otaq bağışlardı. Qatar-qatar dəvələr bağışlardı. Oğlı Uruz qarşusında yay söykənib durardı. Sağ yanında qardaşı Qaragünə oturmışdı. Sol yanında dayısı Aruz oturmışdı.
Başqa şairlərin şeirləri
Fəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Qasım bəy ZakirəZakira, eşitdim təzə bir xəbərHəqiqətdə qoydu məni xeyli mat
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Ərə verdiHacı Filan öz qızını şövhərə verdi,Yəni ki bizim türki dilicən ərə verdi.