الامان ای دل که وحشت زحمت آورد الامانبر کران شو زین مغیلانگاه غولان بر کران

برگذر زین سردسیر ظلمت اینک روشنیدرگذر زین خشک‌سال آفت اینک گلستان

جان یوسف زاد را کازاد کرد حضرت استوارهان زین چار میخ هفت زندان وارهان

ابلقی را کاسمان کمتر چراگاه وی استچند خواهی بست بر خشک آخور آخر زمان

تا نگارستان نخوانی طارم ایام راکز برون‌سو زرنگار است از درون‌سو خاکدان

جای نزهت نیست گیتی را که اندر باغ اونیشکر چون برگ سنبل زهر دارد در میان

روز و شب جان‌سوزی و آنگاه از ناپختگیروز چون نیلوفری چالاک و شب چون زعفران

تا کی این روز و شب و چندین مغاک و تیرگیآن درخت آبنوس این صورت هندوستان

از نسیم انس بی‌بهره است سروستان دلوز ترنج عافیت خالی است نخلستان جان

اندر این خطه که دل خطبه به نام غم کندسکهٔ گیتی نخواهد داشت نقش جاودان

دل منه بر عشوه‌های آسمان زیرا که هستبی‌سر و بن کارهای آسمان چون آسمان

زود بینی چون بنات النعش گشتی سرنگونتا روی بر باد این پیروزه پیکر بادبان

با امل همراه وحدت چون شاه عزلت ران گشادمرد چوبین اسب با بهرام چوبین همعنان

در ببند آمال را چون شاه عزلت ران گشادجان بهای نعل را در پای اسب او فشان

پر نیازی را که هم دل تفته بینی هم جگرشرب عزلت هم تباشیرش دهد هم  استخوان

جهد کن تا ریزه‌خوار خوان دل باشی از آنکنسر طائر را مگس بینی چو دل بنهاد خوان

آن زمان کز در درآید آفتاب دل تو راگر توانی سایهٔ خود را برون در نشان

چون تو مهر نیستی را بر گریبان بسته‌ایهیچ دامانت نگیرد هستی کون و مکان

چهرهٔ خورشید وانگه زحمت مشاطگیمرکب جمشید وانگه حاجب برگستوان

در دبیرستان خرسندی نوآموزی هنوزکودکی کن دم مزن چون مهر داری بر زبان

نیست اندر گوهر آدم خواص مردمیبر ولیعهدان شیطان حرف کرمنا مخوان

خلوتی کز فقر سازی خیمهٔ مهدی شناسزحمتی کز خلق بینی موکب دجال دان

شش جهت یاجوج بگرفت ای سکندر الغیاثهفت کشور دیو بستد ای سلیمان الامان

تخت نرد پاک بازان در عدم گسترده‌اندگر سرش داری برانداز این بساط باستان

مرد همدم آنگه اندوزد که آید در عدمموم از آتش آنگه افروزد که دارد ریسمان

دل رمیده کی تواند ساخت با ساز وجودسگ گزیده کی تواند دید در آب روان

تا به نااهلان نگوئی سر وحودت هین و هینتا ز ناجنسان نجوئی برگ سلوت هان و هان

عیسی از گفتار نااهلی برآمد بر فلکآدم از وسواس ناجنسی برون رفت از جنان

چند چون هدهد تهدد بینی از رنج و عذابتو برای رهنمای ملک پیک رایگان

این گره بادند از ایشان کار سازی کم طلبکآتشی بالای سر دارند و آبی زیر ران

تا جدائی زین و آن بر سر نشینی چون الفچون بپیوستی به پایان اوفتی هم در زمان

عقل چون گربه سری در تو همی مالد ز مهرتا نبرد رشتهٔ جان تو چون موش این و آن

گر تو هستی خستهٔ زخم پلنگ حادثاتپس تو را از خاصیت هم گربه بهتر پاسبان

چار تکبیری بکن بر چار قصل روزگارچار بالش‌های چار ارکان را به دو نان بازمان

چند بر گوسالهٔ زرین شوی صورت پرستچند بر بزغالهٔ پر زهر باشی میهمان

ناقهٔ همت به راه فاقه ران تا گرددتتوشه خوشهٔ چرخ و منزل‌گاه راه کهکشان

هم‌چنین بازی درویشان همی زی زانکه هستجبرئیل اجری کش این قوم و رضوان میزبان

جان مده در عشق زور و زر که ندهد هیچ طفللعبت چشم از برای لعبتی از استخوان

اولین برج از فلک صفر است چون تو بهر فقراولین پایه گرفتی صفر بهتر خان و مان

چون سرافیل قناعت تا ابد جاندار توستگو مکن دیوان میکائیل روزی را ضمان

خیز خاقانی ز کُنج فقر خلوت‌خانه سازکز چنین توان اندوخت گنج شایگان

آتش اندر جاه زن گو باد در دست تکینآب رخ در چاه کن گو خاک بر فرق طغان

تخت ساز از حرص تا فرمان دهی بر تاج‌بخشپشت کن بر آز تا پهلو زنی با پهلوان

نی صفی الملک را بینی صفائی بر جبیننی رضی الدوله را یابی رضائی در جنان

گر به رنگِ جامه عیبت کرد جاهل، باک نیستتابش مه را ز بانگ سگ کجا خیزد زیان

چون تو یک‌رنگی بدل گر رنگ‌رنگ آید لباسکی عجب چون عیسی دل بر درت دارد دکان

گرچه رنگین‌کسوتی صاحب‌خبر هستی ز عقلکلک رنگین‌جامه هم صاحب برید است از روان

چون کتاب الله به سرخ و زرد می‌شاید نگاشتگر تو سرخ و زرد پوشی هم بشاید بی‌گمان

نی کم از مور است زنبور منقش در هنرنی کم از زاغ است طاووس بهشتی ز امتحان

باش با عشاق چون گل در جوانی پیر دلچند ازین زُهاد همچون سرو در پیری جوان

بر زمین زن صحبت این زاهدان جاه‌جویمشتری‌صورت ولی مریخ‌سیرت در نهان

چون تنور از نار نخوت هرزه‌خوار و تیزدَمچون فطیر از روی فطرت بد‌گوار و جان‌گزان

اربعین‌شان را ز خمسین نصاری دان مددطیلسان‌شان را ز زنار مجوسی دان نشان

نیست اندر جامهٔ ازرق حفاظ و مردمیچرخ ازرق‌پوش اینک عمر‌کاه و جان‌ستان

چند نالی چند ازین محنت‌سرای زاد و بودکز برای رای تو شروان نگردد خیروان

بچهٔ بازی برو بر ساعد شاهان نشینبر مگس‌خواران قولنجی رها کن آشیان

ای عزیز مادر و جان پدر تا کی تو رااین به زیر تیشه دارد و آن به سایهٔ دوکدان

ای درین گهوارهٔ وحشت چو طفلان پای‌بستغم تو را گهواره جنبان و حوادث دایگان

شیر مردی خیز و خوی شیر خوردن کن رهاتا کی این پستان زهرآلود داری در دهان

گر حوادث پشت امیدت شکست اندیشه نیستمومیائی هست مدح صاحب صاحب‌قران

حجة الاسلام نجم الدین که گردون بر درشچون زمین بوسد نگارد عبده بر آستان

جاه او در یک دو ساعت بر سه بعد و چار طبعپنج نوبت می‌زند در شش سوی این هفت‌خوان

تا بت بدعت شکست اقبال نجم سیمگرسکه نقش بت به زر دادن نیارد در جهان

چارپای منبرش را هشت حمالان عرشبر کتف دارند کاین مرکز ندارد قدر آن

ای وصی آدم و کارم ز گردون ناتماموی مسیح علام و جانم ز گیتی ناتوان

گر نداری هیچ فرزندی شرف داری که حقهم شرف زین دارد اینک لم‌یلد خوان از قران

بیضه بشکن بچه بیرون آر چون طاووس نربیضه پروردن به گنجشکان گذار و ماکیان

کاین نتایج‌های فکر تو تو را بس ذریتوین معانی‌های بکر تو تو را بس خاندان

چون خود و چون من نبینی هیچ‌کس در شرع و شعرقاف تا قاف ار بجویی قیروان تا قیروان

زادهٔ طبع منند اینان که خصمان منندآری آری گربه هست از عطسهٔ شیر ژیان

دشمن جاه منند این قوم کی باشند دوستجون من از بسطام باشم این گروه از دامغان

ز آن کرامت‌ها که حق با این دروگر زاده کردمی‌کشند از کینه چون نمرود بر گردون کمان

پا شکستم زین خران، گرچه درست از من شدندخوانده‌ای تا عیسی از مقعد چه دیدآخر زیان

جان کنند از ژاژخائی تا به گرد من رسندکی رسد سیر السوافی در نجیب ساربان

صد هزاران پوست از شخص بهائم برکشندتا یکی زانها کند گردون درفش کاویان

Könül, vəhşət min zəhmətə saldı məni, ah, ələman!
Bu vəhşilər səhrasından qaç, uzaqlaş dayanmadan!
Keç zülmətin çovğunundan, ta çıxasan işıqlığa,
Boğ quraqlıq bəlasını, ta görəsən bir gülüstan.
Yusif kimi bir əzizi hümmətindi azad edən,
Hümmət ilə çalış qurtar yeddi zindan çarmıxından.
Nə vaxtadək dövrün quru axuruna bağlanacaq,
Elə at ki, onun üçün kiçik otlaqdır asiman?
Bu zahiri zər bəzəkli, içərisi zibilxana,
Zəmanənin binasını adlandırma nigaristan!

Gəzmək yeri deyil dünya, bu bağçada neyşəkərin,
İçi sünbül yarpağıtək zəhərlidir, uzaq dolan!

Sən yanırsan gecə-gündüz oda, lakin, naşılıqdan,
Gündüz çevik neylüfərsən, gecə acan zəfəransan.

Nə vaxtadək gecə-gündüz bataqlıqdır, qaranlıqdır,
O abinus, busa hindu, secilməyir ağ qaradan.

Rahatlığın narıncına həsrət qalıb bu can bağı,
Görmür dostluq nəsimini könül adlı bu sərvistan.

Qəm adına könül xütbə oxuduğu bu diyarda,
Əbədiyyət naxışını sikkəsinə vurmaz cahan.

Gəl, fələyin işvəsinə bel bağlama, çünki, onun;
İşləri də özü kimi təməlsizdir əzəl başdan.
Bir də gördün, Bənatüniəş ulduzutək başın üstə,
Bu firuzə rəngli yelkən caynağına uçulursan.
Mükünmüdür birləşəsən müradınla, çatarmı heç,
De, Bəhrami-Çubinəyə ağac atlı bir pəhləvan?
Atlanınca üzlət şahı, qapısını ört arzunun-
Canını nal bahasıtək atına sən eylə qurban!
Tamahkarın ürəyini daim yanmış görəcəksən,
Ancaq, ona üzlət meyi edə bilər, dava, dərman.
Ürək süfrə açan zaman, ulduzlardır ona cibin,
Çalış ruzi yeyəsən sən ancaq könül xonçasından.
Ürəyinin günəşi ki, öz qapından girdi sənin,
Öz gölgəni çölə çıxar, əgər bunu bacarırsan.
Sən ki, yoxluq nişanını bağlayıbsan öz boynuna,
Ətəyindən tuta bilməz artıq sənin gövnü məkan.
Bəzəkçinin zəhmətinə Günəş üzü möhtac deyil,
Nəyə lazım Cəmşid minən ata döşlük bərk poladdan?

Sən bu şadlıq məktəbində hələ təzə bir şagirdsən,
Hələ ağzın möhürlüdür, uşaqlıq et, sakit dayan!

Mərdanəlik yoxdur Adəm övladının cövhərində,
Ağız açıb, kərəm umma barı şeytan balasından!

Fəqirlikdən məclis qurub, zəni et Mehdi cadırıdır,
Əzab görsən, bil ki, yetir sənə Dəccil ordusundan?

Yəcuc tutdu hər tərəfi, ey İskəndər, kömək elə,
Devlər yeddi ölkə aldı, imdadə gəl, ey Süleyman!

Var-yoxunu uduzanın nərdi yoxluq evindədir,
Güçün varsa, gəl, bu göhnə büsatı et yerlə yeksan.

Kişi yoxluq aləminə girsə, tapar həmdərdini,
Mum o zaman alışar ki, od almışdır incə sapdan.

Qəlbi ürkək necə oynar bu dünyanın sazı ilə,
Suya necə baxa bilər qudurmuş it qapan insan?

Sən vəhdətdən bir söz belə açma qanmaz adamlara,
Ağılsızdır naçinslərdən şəfqət, kərəm, şadlıq uman.

Naəhllər fitnəsindən İsa qalxıb getdi göyə,
Bir naçinsin fəsadıyla Adəm etdi tərki-çinan.

Rəhnümalıq etmək üçün bu yurda, ey müftə qasid,
Bubbu kimi nə vaxtadək ölümündən qorxacaqsan?

Bu camaat boş küləkdir, umma işa yarayalar,
Üstündə od, ayağının altında su edər tüğyan.

"Əlif' kimi tək dolansan daim başda olar yerin,
Başqasıyla birləşincə, kecib sonda oturarsan.
Ağıl sürter pişik kimi başını əl-ayağına,
Can telini doğramasın sənin o-bu sanki siçan.

Hadisələr pələnginin yaralısı olduğunçün,
Gərək pişik olsun sənə xasiyyətcə xoş pasiban.

Ruzigarın dörd fəslinə dörd təkbirlə vida söylə!
Dörd ünsürün balıncını alçaqlara ver ərməğan.

Nə vaxtadək vurğunsan sən altun buzov surətinə?
Zəhər dolu bir keciyə haçanadək sən qonaqsan?

Çək hümmətin dəvəsini fəqirliyin yollarına,
Fələk ruzi versin sənə, yerin olsun bir kəhkəşan.

Yaşamağı dərvişlərdən öyrən, bil ki, dərvişlərin,
İcraçısı Cəbraildir, Mizbanı isə Rizvan!

Zərin, zorun eşqində sən can vermə ki, uşaq belə,
Öz bəbəsin əziz tutar yüz cür sümük oyuncaqdan.

Göy bürçünün birincisi sıfirdır ki, fəqirlikdə,
Birincilik almaq üçün sıfrı götür sən xaniman?

Ey Xaqani, gəl, fəqirlik guşəsini xəlvətgah et,
Ləyaqətli bir dövlətə yetişərsən bu məkandan.

Od vur cahü cəlala sən, ver küləyə Təkin əlin,
Üzdən suyu quyuya tök, bax, torpağa dönmüş Tuğan.

Tamahı qır təxtə döndər, otur, hökm et tacbəxşə,
Acgözlüyə arxa döndər, pəhləvanla dur yanbayan!

Nə Raziüddövlə razı qalmış behişt həyatından,
Nə Səfiülmülk simasında şadlıqdan var zərrə nişan.

Əgər cahil eyb tutsa paltarına, zərər yoxdur,
Ay tutulmaz it hürəndə, göpək hürər, keçər karvan.
Donun neçə rəng olsa da, qəlbin bircə rəng olsun qoy,
Təbüdir, İsa qəlbin qapısında açmış dükan.

"Quran"ı da al və sarı rənglə yazmaq olar, bəli,
Sən də sarı, ya qırmızı paltar geysən, deyil nöqsan.

Bal arısı naxışlıdır, qarışqadan hünərsizmi?
Qarğadanmı gözəl deyil - tavus quşu geymiş əlvan?

Çalış, gültək, cavanlıqda qoca görün aşiqlərə,
Zahidlərtək sərv kimi qocalıqda olma cavan!

Şöhrətpərəst zahidlərlə ünsiyyəti sən vur yerə,
Müştəritək görünərlər, Mərrix kimi içərlər qan.

Nəfəsləri təkəbbürlə hərzə yanan təndir kimi,
Fitrətləri fətir kimi həm dadsızdır, həm cansıxan.

Onların qırx saxlaması xaçpərəstin pəhrizidir,
Fitələri fərqlənməz heç məcusların züniarından.

Bu göy paltar içində yox mərdlik, vəfa nişanəsi,
Göy geyimli fələk olmuş can əridən, ömr azaldan.

Nə vaxtadək yanacaqsan möhnət evi yurdun üçün?
Sən deməklə Şirvan dönüb olmayacaq, bil, xeyirvan.

Uçub tərlan balasıtək, qon şahların qolu üstə,
Milçək yeyən qulunclara, burax, qalsın sənin yuvan.

Ata, ana əzizi, de, çoxmu səni saxlayacaq,
Anan cəhrə sayəsində, tişəsilə yazıq atan?

Beşiyini qəm tərpədir, hadisələr dayən olur,
Ey bu vəhşət beşiyinde əl-ayağı bağlı qalan!

Aslan kimi bir kişisən, burax daha süd əmməyi,
Bu zəhərli döş bəs haçan çıxacaqdır de ağzından?

Hadisələr qırsa sənin ümidinin kəmərini,
Fikr eyləmə, Nəcməddini mədh etməkdir ona dərman.
Qırdı bidət bütlərini Simgərin xoş iqbalı,
Yer üzündə qızd büt də qiymətdə bir heçdir, inan!
Onun dördkünc minbərini alıb səkkiz göy hammalı,
Qaldırmışdır asimana, mələk tutmaz yerdə məkan.
Ey Adəmə varis olan, natamamdır işim mənim,
Ey dünyaya İsa olan, cana gəldim bu dünyadan.
Oğlun, qızın yoxdursa da, haqq yanında hörmətin var,
Bilmirsənmi "Quran"dakı "Ləmyəlid"də var şərəf, şan.

Erkək tavus kimi qırıb yumurtanı, sonsuz yaşa, Sərçə,
toyuq keşik çəksin, cücə alsın yumurtadan.

Övladdan da qiymətlidir məna dolu fikirlərin,
Ailədən əzizdir o mənalar ki, yaratmısan!

Qafdan Qafa, şərqdən qərbə gəzsən belə, tay tapılmaz,
Sənin kimi şəriətci, mənim kimi şer yazan.

Aslandakı asqırıqdan törəmiş bir pişik kimi,
Xoş təbimdən doğulanlar kəsilmişdir mənə düşman.

Şöhrətimin düşmənləri necə dostum olar, deyin?
Mən bəstamlı oldum sanki, onlar isə əhli-Damğan.

Haqq bu xarrat balasına vermiş elə bir istedad,
Ki, Nəmrudtək yadlar onun üzərinə çəkir kaman.

Tək tozuma çatmaq üçün öldürürlər özlərini,
Fəqət, xəstə dəvə önə keçə bilməz saribandan.

Yüz minlərcə heyvanların dərisini soyar qəssab,
Ancaq, fələk birisini edər dirəfşi-Gaviyan.

  1. VERİLMİŞ MÜLKÜN GERİ
    ALINMASINDAN ŞİKAYƏT

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri