زین بیش آبروی نریزم برای نان
زین بیش آبروی نریزم برای نانآتش دهم به روح طبیعی به جای نان
خون جگر خورم نخورم نان ناکساندر خون جان شوم نشوم آشنای نان
با این پلنگ همتی از سگ بتر بومگر زین سپس چو سگ دوم اندر قفای نان
در جرم ماه و قرصهٔ خورشید ننگرمهرگه که دیدها شودم رهنمای نان
از چشم زیبق آرم و در گوش ریزمشتا نشنوم ز سفرهٔ دونان صلای نان
گفتم به ترک نان سپید سیه دلانهل تا فنای جان بودم در فنای نان
نانشان چو برف لیک سخنشان چو ز مهریرمن زادهٔ خلیفه نباشم گدای نان
آن را دهند گرده که او گرد گو دویدمن کیمیای جان ندهم در بهای نان
چون آب آسیا سر من در نشیب بادگر پیش کس دهان شودم آسیای نان
از قوت در نمانم گو نان مباش از آنکقوتی است معدهٔ حکما را ورای نان
چون آهوان گیا چرم از صحنهای دشتاندیک نگذرم به در دهکیای نان
تا چند نان و نان که زبانم بریده بادکب امید برد امید عطای نان
آدم برای گندمی از روضه دور ماندمن دور ماندم از در همت برای نان
آدم ز جنت آمد و من در سقر شدماو در بلای گندم و من در بلای نان
یارب ز حال آدم ورنج من آگهیخود کن عتاب گندم و خود ده جزای نان
تا کی ز دست ناکس و کس زخمها زنندبر گردهای ناموران گردهای نان
نانم نداد چرخ ندانم چه موجب استای چرخ ناسزا نبدم من سزای نان
بر آسمان فرشتهٔ روزی به بخت منمنسوخ کرد آیت رزق از ادای نان
خاقانیا هوان و هوا هم طویلهاندتا نشکنند قدر تو، بشکن هوای نان
نانی که از کسان طلبی بر خدا نویسکاخر خدای جانت به از کدخدای نان
Rüsvay etmərəm özümü bir daha, çörək!
Öz ruhuma odu edərəm mən qida, çörək!
Nakəsdən almaram çörək, öz qanımı yeyib,
Batsam qana, sənə demərəm "aşina", çörək!
Mən bir pələng ikən it olum, bir də it kimi,
Qaçsam çörək dalınca bu gündən sora, çörək!
Həsrət qalım Günəş üzünə, Ay camalına,
Baxsam sənin dalınca, gözüm kor ola, çörək!
Gözdən civə alıb, tökərəm mən qulağıma,
Namərd süfrə açsa, desə "əssəla" çörək!
Mən ağ çörək alınca qara qəlbli kimsədən,
Çıxsın canım, bu varlığım olsun fəna, çörək!
Qartək çörəkləri, buz olur amma sözləri,
Mən bir xəlifəyəm, məni şanma gəda, çörək!
Yaltaqlara çörək verilir, mən bacarmaram,
Qul olmağı səninçün o alçaqlara, çörək!
Düşsün başım aşağı dəyirman suyu kimi,
Açsam ağız, "çörək" desəm, ey bivəfa çörək!
Qoy olmasın çörək, mənə bir hikmət əhlitək,
Vardır qida cahanda çörəkdən səva, çörək!
Bir də "çörək" desəm, dilimi doğrayın mənim,
Abrım töküldü, etmədi bir kəs əta çörək.
Ahu kimi düşüb çölə, daim ot otlaram,
Qoy verməsin bu kənddə mənə kəndxuda çörək.
Şahdan çörək uman dilim olsun dilim-dilim,
Verdi çörək yerində mənə yüz cəfa çörək.
Cənnətdən ayrı saldısa bir buğda Adəmi,
Əzmü iradədən məni qıldı cüda çörək.
Adəm behişti tərk elədi, mənsə yurdumu,
Buğda ona qənim, mənə də sən bəla, çörək!
Ya rəb, mənimlə Adəmin al intiqamını,
Məhv eylə buğdanı, çalış alsın cəza çörək.
Namərdlərin əlilə, ilahi, nə vaxtadək,
Qəlbində mərdlərin açacaqdır yara çörək?
Verməz fələk çörək mənə, aya, nədir səbəb,
Namərd fələk məgər mənə görməz rəva çörək?
Ruzi yazan mələk də baxıb qarə bəxtimə,
Pozmuş mənim adımı ki, etməz əta çörək.
Xaqani, bax, tamahla çörək vermiş əl-ələ,
Əz onları, edincə səni mübtəla çörək.
Namərdlərə açınca ağız, haqqa üz çevir,
Şahlardan istəmə, sənə versin xuda çörək!
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qeside-171
← → düymələri ilə keçid, R — təsadüfi şeir