دل ز راحت نشان نخواهد داد
دل ز راحت نشان نخواهد دادغم خلاصی به جان نخواهد داد
غمگساران فرو شدند افسوسکز عدم کس نشان نخواهد داد
آسمان را گسسته شد زنجیرداد فریاد خوان نخواهد داد
بر زمین صد هزار خونریز استیک دیت آسمان نخواهد داد
زین دو نان سپید و زرد فلکفلکت ساز خوان نخواهد داد
دیگ سودا مپز به کاسهٔ سرکاین سیه کاسه نان نخواهد داد
سرو آزاد را جهان دو رنگرنگ مدهامتان نخواهد داد
تا عروس یقین نبندی عقددل طلاق گمان نخواهد داد
گیتی اهل وفا نخواهد شدشوره آب روان نخواهد داد
از زمانه بترس خاقانیکه زمانه زمان نخواهد داد
دیو خوئی است کو به دست بشرهیچ حرز امان نخواهد داد
گنج خانه است جان خاقانیدل به خاقان و خان نخواهد داد
چون به خرسندی این مکانت یافتخواجگان را مکان نخواهد داد
آبرو از برای نان حرامبه تکین و طغان نخواهد داد
آبروی است کیمیای بزرگکیمیا رایگان نخواهد داد
گنج اول زمان نداد به کسآخر آخر همان نخواهد داد
عمر یک هفته ملک شش روزه استدر بهای جهان نخواهد داد
سرمهٔ دین ورا عروس ختنعرس بر قیروان نخواهد داد
خسر پست را سوار خردبدل جیشران نخواهد داد
دهر بیحضرت بهاء الدینآسمان را توان نخواهد داد
آسمان بیمعین احمد اواخرتان را قران نخواهد داد
Ürəyimdə tapılmaz bir nişanə fərəhdən!
Xilas edə bilmərəm canımı dərdü qəmdən!
Dərdə qalanlar hamı, əfsus, ölüb getdilər!
Xəbər gəlməz varlığı yoxluğa tərk edəndən!
Zülm əliylə qırıldı asimanın zənciri,
Dadına çatan olmaz, hər nə qədər səsləsən!
Yerdə qoluzorlular gündə yüz min qan tökür,
Göydə yoxdur tökülən qana qisas istəyən!
Göydə iki çörək var: biri sarı, biri ağ,
Fələk süfrənə qoymaz bir tikə o çörəkdən!
Başının kasasında sevda qazanı qurma!
Sən bu qara kasadan çətin xörək yeyərsən!
Bu iki rəngli dünya azadələr başına,
Çələng qoymayacaqdır tavusun taleyindən!
Gəlininə yəqinin kəbin kəsilməmişsə,
Könül ayrılan deyil talaqla fərziyyədən!
Şoranlıqdan axarmı suyuşirin çeşmələr?
Əhdə vəfa gözləmə bu zəmanə əhlindən.
Ey Xaqani, hər zaman zəmanədən həzər qıl!
Zəmanədən yapışsan, zaman görməyəcəksən!
Div təbiətli dövran aman verməyəcəkdir:
Aman tapsın insanlar amansızlıq əlindən!
Xaqaninin vücudu tükənməz xəzinədir,
Xaqanlara, xanlara o bağlanmaz ürəkdən!
Bu məqamı tapınca ürəyi, elə xoşdur,
Ağalara qalmamış o xoş ürəkdə məskən!
Abrını tökərək, bir tikə haram çörək,
Miniətlə qəbul etməz Tuğan ilə Təkindən!
Abır ki var insanda, ən böyük kimiyadır,
Şüurlu insan verməz bu kimiyanı əldən!
Zəmanəyə yalvarıb, tələb etmə səadət,
Verməyəcək onu ki, verməmişdir əzəldən!
Ömür bir həftədirsə, sərvət altı günlükdür,
Dünyanı versələr də, o bir günü vermə sən!
Kainatın gözünə çəkilməz din sürməsi
Bir Xütən ahusunun kiçicik göbəyindən!
Xəlqlərin sevimli rəhbərinin dalınca,
Səadət, kamranlıq göçdü bu yer üzündən!
Bəhaəddin yox isə, necə bizim zəmanə
Üz tutaraq göylərə, deyəcəkdir: - Mənəm, mən!
Əhməd kömək etməsə ulduzlara səmadə,
Onlar bəxti, taleyi edə bilməz müəyyən.
- ŞEYXÜL-İSLAM ÜMDƏTƏDDİN MƏHƏMMƏD
İBN ƏSƏD TUSİ NİŞABURİNİN VƏFATINA
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qeside-38
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Bürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,
افسوس! که در عمر درازیم نبودخطی ز زمانهٔ مجازیم نبود
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanıEy dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?
OlduAman fələk mürüvvət, fələk dad fələk,Bidad zülmün nümayan oldu,