ای آتشِ سودایِ تو خون کرده جگرهابر باد شده، در سرِ سودایِ تو، سرها

در گُلْشَنِ اُمّید به شاخِ شَجَرِ منگل‌ها نَشِکُفْتَند و برآمد نه ثَمَرها

ای در سَرِ عُشّاق ز شورِ تو، شَغَب‌هاوی در دلِ زُهّاد ز سوزِ تو، اَثَرها

آلوده به خونابهٔ هجرِ تو، روان‌هاپالوده ز اندیشهٔ وصلِ تو، جگرها

وی مُهرهٔ اُمّیدِ مرا زخمِ زمانهدر شش‌درِ عشقِ تو فروبسته گذرها

کردم خَطَر و بر سرِ کویِ تو گذشتمبسیار کُنَد عاشق از این‌گونه خَطَرها

«خاقانی» از آن‌گه که خبر یافت ز عشقتاز بی‌خبریّ‌اش به جهان رفت خبرها

Ey eşq odunda qan olan xəstə ciyərlər,
Sevdaya düşən başlar hamı badə gedərlər.

Aşiq başına eşqin ilə şur salıbsan,
Zahid ürəyində alovundan var əsərlər.

Ruhlar sənin hicrində qızıl qanla boyanmış,
Vəslin həvəsiylə alışıb yandı ürəklər.

Eşqində zəmanə məni şeşxanəyə salmış,
Vəslinçin ümid daşıma yol yoxdur, a dilbər!

Keçdim, bu mənim səhvim idi, kuyin önündən,
Adət budur, aşiqlər hamı səhv eləyərlər.

Xaqaniyə hüsnün xəbəri çatdı, xəbərsiz,
Qaldırdı özündən bütün aləmdə xəbərlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq