Bu gün bir məhvəşi-sadə bizə gəlmiş qonaq, oynar,Onun zövqi-vüsalından gəlib rəqsə otaq oynar,Çalar mütrib, içər saqi, gülər mina, əyağ oynar,Nə xoşdur, iki həmdəm bir-birilə ittifaq oynar,Öpüb gahi, qucub gahi, edib gahi məzaq, oynar,

Gözü dil qəti-gənci-hüsnə əvvəl oldular yoldaş,Bu çıxmış göz, nə sud, axırda qıldı nəqd sərfin faş.Məsəldir ki, deyrlər: sirr batmaz, olsa üç ovbaş,Bahari-hüsnünə qarşu gözümdə səyrişir qan-yaş,Yetənndə eydi-novruzə geyr gülgun uşaq oynar.

Cəfadən çıxdı canım, nazəninim, bir vəfa göstər,Camalın güzgüsün tut, ağzıma gər etməsən bavər,Qəmindən mu tək incəldi vücudum, ey pəripeykər!Nihali-zəfi-qəddim kakilin sövdasidən titrər,Düşəndə başına zağ, olsan nazik hər budaq, oynar.

Dolanır başına bir ömrdür, bu çərxi-sərgərdan,Egib ta yarlıq bəxti, yetə pabusuna asan,Nə bilsin ki, bu sövdadə tapıb çox müştəri nöqsan,Günəş lövhi deyil səqfi-səmadə, ey şəhi-xuban,Mələklər zövqi-vəslnlə döyər sudə tabaq, oynar.

Siyəh zülfünmü, bilmən, pər açıb gülzar dövrindəKi, yoxsa zağlordir gülşənin oynar dövrində?Verib baş-başə yatmış gənci-hüsnün mar dövrində;İki keysulərindir atəşin rüxsar dövründə,Və ya rəqqas hindulərmidir oddan qıraq oynar?

Dəmadəm cami-meydən eyləyən ikrahlər könlüm,Rümuzü-zöhdü təqvadən olan nagəh könlüm,Salıb meyxaneyə eşqində indi rahlər könlüm,Rüxi-alın xəyalilə çəkəndə ahlər könlüm,Dərunum butəsində atəşi-hicrü fəraq oynar.

Deyildi böylə əvvəl, adəm idi aqilü dana,Müənbər kakilindən düşdü nagah başına sövda,Vurub zənciri-zülfə, qoyma olsun aləmə rüsva,Düşüb söhralara manəndi-Məcnun Zakiri-şeyda,Yetişsə hər kimə Leyla köçün eylər soraq, oynar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq