ز خاک کوی تو هر خار سوسنی است مرا
ز خاک کوی تو هر خار سوسنی است مرابه زیر زلف تو هر موی مسکنی است مرا
برای آنکه ز غیر تو چشم بردوزمبه جای هر مژه بر چشم سوزنی است مرا
ز بس که بر سر کوی تو اشک ریختهامز لعل در بر هر سنگ دامنی است مرا
فلک موافقت من کبود درپوشیدچو دید کز تو به هر لحظه شیونی است مرا
از آن زمان که ز تو لاف دوستی زدهامبه هر کجا که رفیقی است دشمنی است مرا
هر آنکه آب من از دیده زیر کاه تو دیدیقین شناخت که بر باد خرمنی است مرا
به دام عشق تو درماندهام چو خاقانیاگر نه، بام فلک خوش نشیمنی است مرا
Sənin kuyində bitmiş xar mənimçün tazə süsəndir,
O zülfün hər teli yurdsuz qalan bu qəlbə məskəndir.
Sənin kuyində gözdən ol qədər qan-yaş axıtdım ki,
Qapında hər daşın bağrı o qandan lələ mədəndir.
Fələklər oldu həmdərdim, mənimtək geydi göy köynək
Görüncə həmdəmim qüssə, işim ah ilə şiyvəndir.
Gözüm səndən savay dilbər dalınca baxmaz, ey canan!
Odur hər kirpiyim bir göztikən xunabə suzəndir.
O vaxtdan ki, sənə mən dost deyib, elani-eşq etdim,
0 gündən bax, bütün aləm mənimlə qanlı düşməndir.
Görəndə eşqimi hər kəs, yəqin etdi bu çılğınlıq,
Həmişə atəşin eşq ilə yan sevdiyimdəndir.
Sənin sevda torunda bəndam, ey dilbər, inan, yoxsa,
Göyün yeddi qatı Xaqaniyə yaxşı nişiməndir.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qezel-5
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
HanıGecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Badi-sabadənƏndüh-bəla artdı gənə qəhri-qəzadən,Qəm-qüssə çəkib ləşkərini gəldi havadən,
Dərdli nəğmə(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*