به سر کرشمه از دل خبری فرست ما رابه بهای جان از آن لب شکری فرست ما را

به غلامی تو ما را به جهان خبر برآمدگرهی ز زلف کم کن، کمری فرست ما را

به بهانهٔ حدیثی بگشای لعل نوشینبه خراج هر دو عالم، گهری فرست ما را

به دو چشم تو که از جان اثری نماند با ماز نسیم جانفزایت، اثری فرست ما را

ز پی مصاف هجران که کمان کشید بر ماز وصال مردمی کن، حَشَری فرست ما را

مگذار کز جفایت دل گرم ما بسوزدز وفا مفرحی کن، قدری فرست ما را

به تو درگریخت خاقانی و دل فشاند بر تواگرش قبول کردی، خبری فرست ما را

Bizə nazlı baxışınla könüldən bir xəbər göndər,
Al bu canı, bahasına dodağından şəkər göndər!

Mən bir sadə qulunam ki, dünya bundan xəbər tutmuş,
Zülfündən bir tel ayırıb, öz quluna kəmər göndər!
Danışmağı bəhanə tut, aç o şəkər dodaqları,
İki dünya xəracına bərabər bir göhər göndər.
And olsun o gözlərinə, bizdə candan əsər yoxdur,
O ruh verən nəsimindən bizə sən bir əsər göndər.
De, bu hicran davasında kaman çəkib, kim ox atdı,
Bu döyüşə girmək üçün vəslindən bir kəhər göndər.
Gəl, bu odlu qəlbimizi yaxma cəfa atəşində,
Öz vəfandan dərman düzəlt, bizə də bir qədər göndər.
Vurğunundur bu Xaqani, ürəyini verdi sənə,
əgər qəbul edirsənsə, bizə bir şad xəbər göndər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq