اعاد روحی هواء بغدادو زاد روحی قضاء بغداد

یصید لیث الرجال خاتلةبعین ظبی نساء بغداد

ترمی برشق اللحاظ و اعجباآرامیات ظباء بغداد

بالمسک قدت نبالها و لهاابهی نصالا نساء بغداد

اذا اظل السماء یحجبهااضحت و اضحت سماء بغداد

من کل شمس اذا بدت فبداوقت مساء ضحاء بغداد

امسی و شمس الضحاء تصحبنیفلی صباح مساء بغداد

ملواح قلبی الملاح صادبهااشرق نار لقاء بغداد

بذات درع ذوی الدروع سنتللقتال التقاء بغداد

قدسیق بالخراب و احرباانا الخدیر استباء بغداد

رقیقة الراء عندها و غداغلیظة الحرف باء بغداد

فی نکهة العید عطرت نفسیو ذاک عطر کباء بغداد

اوسع من فکرتی و انور منسواد قلبی سواء بغداد

اعذب من لهجتی و اطهر منماء جفونی عفاء بغداد

فصار خاقان ماؤه حذقتاذا رآه اصطفاء بغداد

سیقتدی حیص بیص لی نعمابحیص بیص اقتداء بغداد

وکم الم لی ارحه امللما اتاه شفاء بغداد

ما حیص بالفتی و لا بیصبل کلمات مراء بغداد

حیص و بیص کاذب وقطاله و منه بکاء بغداد

ها انا عنقاء شایع خبریو حاسدی خنفساء بغداد

یسرق لفظی کانه جردو نبته بافقاء بغداد

تشد و ابشعری طیور روضتهاالغناء منها غناء بغداد

یثار فیها معربا کیعربهافراش نیلی حناء بغداد

خطبت فیها کقس ساعدةفسا عدتنی ذکاء بغداد

بالعربی الجدید مقولةشبهنی اولیء بغداد

لاعجمی ولا قصیر لهیبل کنز نطقی براء بغداد

فالعجمیون کلما افتقروالم یغن عنهم ولاء بغداد

لحب مرضی الجفون جامرهمفی القلب داعیاء بغداد

سود نقابهم و اوجههمصفر و فیها ابتلاء بغداد

اعجیب مدلین عرضت علیعیسی لا غیاد آء بغداد

فالصفر و السود یغنیهم و لهمبیض و حمر دواء بغداد

بارض بغداد تلتجی اممو بالامام التجاء بغداد

خلیفةالله و النبی معابمنصبیه ازدهاء بغداد

المستضی فی السواد بدرجیو من دجاه ضیاء بغداد

تراب نعل الامام کحل ذویالابصار بل کیمیاء بغداد

غذت وجوه الملک تخدمهعنوی و ینوی علاء بغداد

دعیت عند الامام ثم قضیعلی فرضا دعاء بغداد

ببغداد فی درب فالوذجمغان من الخلد انموذج

نزلت بها ثم فی رحلتیتیمنت فالا بفالوذج

Bağdada ruhum qayıtdı bir daha,
Ərşə qalxdı məskəni, oldu hava.
Hər qadın Bağdadda bir aslan olur,
Qarşısında şir dönüb ceyran olur.
Oğrun-oğrun, gör, necə onlar baxar,
Bağdadın ceyranları aslan yıxar.
Tozlanıb müşk ilə Bağdad gülləri,
Burda korşalmaz dühanın neştəri.
Axşamüstü pərdə çəksə hüsnünə,
Nur səpər əflak Bağdad üstünə.
Qərbə yollansa Günəş axşamçağı,
Sübhədək Bağdad itirməz rövnağı.
Axşam oldu, qarşıma çıxdı səhər,
Sübhdür Bağdaddakı axşam məgər?
Quş kimi qəlbimdən uçdu iftixar,
Ən gözəl tərlanları etdi şikar.
Kim girir Bağdadı görmək qəsdinə,
Bir zireh taxsın zirehlər üstünə.
Ellərə Bağdad yenilməz arxadır,
Qüdrəti bu arxanın imandadır.
Həm xəlifə, həm də peyğəmbər adı,
Bir gülüstana çevirmiş Bağdadı.
Oxşayır Bağdad bədirlənmiş Aya,
Zülmət içrə aləmə saçmış ziya.
Torpağından ki, imam basmış ayaq,
Gözlərə sürmə gərək hazırlayaq.
Özgələrlə sən məni etme qiyas,
Tirməsindən Bağdadın geydim libas.

Sübhü Bağdadın gözəldir, incədir,
Hər büsatı, hər işi könlümcədir,
Bağlarında gül açar, bülbül ötər,
Cismimi güllər ətirdə qərq edər.
Fikrimə vüsət verən, nur bəxş edən,
Bağdada qəlbimdə mən verdim vətən.
Göz yaşımdan pak, ləhcəmdən şirin,
Torpağı candan əzizdir bu yerin.
Bağdadı seyrə dalarkən hər səhər,
Hüsnünə məftun könül vəcdə gələr.
Sanki "i" hərfı adımdan ayrılar,
Onda Xaqani dönər Xaqan olar.
Qəlbimi sıxar kədər, cövrü cəfa,
Var ümidim ki, verər Bağdad şəfa.
Versə bədbəxtlik əgər üz Bağdada,
Görmərəm xoş gün yəqin bu dünyada.
Bağdadın yox ehtiyacı boş sözə,
Kim onu sevsə, gərək dərdə dözə.
Dillər düşmüş adım Simurğtək,
Düşmənim kimdir mənim? Miskin böcək!
Oğrular Bağdadda da pusqu qurar,
Şerimi quldur kimi çırpışdırar.
Etmişəm hər nəğmədə Bağdadı yad,
Quşlara vermiş mənim şerim qanad.
Doğma bildim Bağdadı, açdım ürək,
Uçmağa aldı oxum ondan lələk.
Çatdı Bağdadın zəkası dadıma,
Qəssi Saidə deyildi adıma.
Qəssə oxşatdı məni bağdadlılar,
Qəss ərəbcə şerə çəkmiş tunc hasar.
Nə qəribəm, nə fəqirəm, nə əcəm,
Nitqim ilə Bağdada hakim mənəm.
Bağdada yoxsul əcəmlər ki, gələr,
Dostluğu ilə bu yer zənginləşər.
Sanki bir aşiq qalıb həsrət yara,
Hər sevən qəlbə vurar Bağdad yara.
Sarsılar Bağdad dərdi onları,
Dostların bəxti qara, üzlər sarı,
Bağdad eşqi xəstəlikdir bir elə,
Sarsınar bu eşqdən İsa belə!
Solğun üzlər ki, qaradır ya san,
Bağdad eylər qırmızı, ağ onları.
Üzlərinə şahların salsan nəzər,
Bağdada xidmətlə onlar yüksələr.
Mən o gün ki, Bağdada qoydum qədəm,
Tanrıdan bircə səadət istərəm.
Xidmətində qul məni bilsin imam,
Müstəcab olsun, ilahi, bu duam!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri