امشرب الخضر ماء بغداداو نار موسی لقاء بغداد

کوثرنا دجلة و جنتنا الکرخو طوبی هواء بغداد

و قل لمصر بذکر مصراتتفما لمصر سناء بغداد

تالله للنیل صفو دجلة لاولا لمصر صفاء بغداد

هیهات این استقال مصرکمو این این اعتلاء بغداد

غرتک مصر بقاهرةقاهرها کبریاء بغداد

نادتک بغداد فانها رغباینسیک مصرا نداء بغداد

فامس بغداد یومها و کذاخمیسها اربعاء بغداد

امدح بغداد ثم احبسهامصدا و هذا هجاء بغداد

وابتغی من لئام مصر سناو انجمی اسخیاء بغداد

و میم مصر اذل من الفالوصل ادلاح باء بغداد

و هذه الاحرف الثلثة لیماب خیر فناء بغداد

تبت یدا من یذم تربتهافتبت ذا بناء بغداد

مسکه روح الجنان تمسکهذالمسک لابل رخاء بغداد

قبحا لمن قال لاسخاء لهافجاد ربعی سخاء بغداد

اف لمن قال لا وفاء بهافمد ضیفی وفاء بغداد

ان غاض ماء السخاء عندکملاباس فالورد ماء بغداد

والعرش مرآت کل ذی فکرفیه تجلی رواء بغداد

سئلتنی عن بناء بیضتهافاسمع فنفسی فداء بغداد

الجن من قبل آدم اعتقلتطیبا و روض عراء بغداد

فلقیت روضتها لمرتعهبغدادها ابتداء بغداد

و آدم استنزلته همتهلما اتاه رجاء بغداد

فکان لما هوی بمهبطهاهوی هواه ابتغاء بغداد

اقسم بالله ان فی جلدیروضة خلد غناء بغداد

ادویة الهند جل ادویةو خیرها هند باء بغداد

یرکض خیل المنی بعرصتهافلی یرود هباء بغداد

ابناء دهری عبیده و کذابنات فکری اماء بغداد

کنت ربیعا و حاجنی لهبیو ربع لهوی جناء بغداد

صرت خریفا و من لظی کبدییحول صیفا شتاء بغداد

یا قبح شروان خذ کتابی‌هاواحمل ففیه ثناء بغداد

یلثمه الدهر حین اختمهو فوق ختمی سحاء بغداد

Xızır Bağdad çeşməsindən su içib,
Həm də Musa nuru Bağdaddan keçib.
Dəclə kövsər, Kərx isə cənnət bizə,
Xoş hava Tubasıdır nemət bizə.
Misrə söylə, az öyünsün bir qədər,
Misrdə Bağdadın hüsnü var məgər?
Nil çayından saf suyu var Dəclənin,
Yox səfası Misrdə bu ölkənin.
Misrdə Bağdaddakı şövkət hanı?
Bu gözəllik, yüksəliş, sərvət hanı?
Bəxş edibdir Qahirə Misrə qürur,
Qahirə Bağdad yanında xar olur.
Səsləyir Bağdad səni, Misri unut!
Misrdən əl çək daha, Bağdadı tut!
Bağdadı mən Misrə oxşatsam bu gün,
Böylə tərif həcvdir Bağdad üçün.

Misrdə döndü xəsislərdən üzüm,
Çünki Bağdaddır səxavət ulduzum.
Bağdadın "ba" hərfı görsənsə əgər,
Misr "mim"i "vəsl əlfi" tək itər.
Birləşən bu hərflər, bir mənada,
Yaxşı bir ünvan gətirdi Bağdada.
Bağdad olmuşdur binadan sevməli,
Kim söyər Bağdadı, lal olsun dili.
Səndə, ey Bağdad, cənhət ruhu var,
Ətrini aləm nəsimindən duyar.
Kim deyərsə, yoxdur əhlində səxa,
Bu qələt hokmü verən çıxsın yoxa!
Kim vəfasız söyləmişdir Bağdada?
Bir vəfalı varsa, Bağdaddır o da!
Sizdə yoxdursa səxavətdən əsər,
Bağdada gəl, ver əlindən çeşmələr.
Hər kimin köksündə Bağdad hüsnü var,
Güzgüdür ərşə, o sinə parlayar.
Söylədin: kim Bağdadı etmiş bina?
Söyləyim, dinlə: canım qurban ona!
Bir rəvayət var ki, Adəmdən qabaq
Bu məkana cinlər açmışdı ayaq.
Valeh olmuşlar cüyür-ceyranına,
Bağlarında sünbülü reyhanına!
Mən Gülüstan ad verərdim Bağdada,
Əql onu layiq görübdür bu ada.
Vəsfini Adəm eşitmiş bir kərə,
Bağdadı arzu edib, enmiş Yerə.
Bircə yarpaqla behişti tərk edən
Bağdadın gülzanın seçmiş vətən!
Vallahı, Bağdadda bu kol-kos ki var,
Olsa cənnətdə, ora zinət tapar.
Hind vadisi gözəldirsə əgər,
Bağdadın bir hərfi yüz hində dəyər.
Meydanında arzular at oynıdar,
Xoş fikir, xoş söz, səadət ondadır.
Əsrimin oğlanları quldur ona,
Doğdu fikrimdən sənəmlər namına?

Sönmədi şöləm mənim, oldu bahar,
Bağdadın yay fəslidir xoş ruzigar.
Sinəm od püskürdü olduqda xəzan,
Bağdadın qış fəsli yay oldu haman,
Naməmi Şirvan səbası, al, apar,
Onda Bağdad vəsfinin xoş ətri var!
Mən möhür vurdum, onu öpdü zaman,
Bu möhürdə vardı Bağdaddan nişan.


← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri