در عشق تو عافیت حرام است
در عشق تو عافیت حرام استآن را که نه عشق پخت، خام است
کس را ز تو هیچ حاصلی نیستجز نیستیی که بر دوام است
صدساله ره است راه وصلتبا داعیهٔ تو نیمگام است
شهری ز تو مست عشق و ما هماین باد ندانم از چه جام است
ز آن نیمه که پاکبازی ماستبا درد تو داو ما تمام است
ز آنجا که جفای توست بر مادیدار تو تا ابد حرام است
هر دل ز تو با هزار داغ استهر داغی را هزار نام است
خاقانی را ز دل خبر پرستا داغ به نام او کدام است
Eşqində, ey gözəl, rahat olmaq həramdır,
Eşqin odunda yanmayan hər kimsə xamdır.
Heç kəs səninlə çatmadı bir arizusuna,
Yoxluq məhəbbətində yeganə dəvamdır.
Vəslin yolu əgər yüz il olsa, nə eybi var,
Lütfün olursa, bircə qədəmdə tamamdır.
Şəhrin bütün əhalisi eşqinlə məst olub,
Söylə, bizi bu halə salan hansı camdır?
Eşqin yolunda var-yoxu qoyduq qumara biz,
Dərdin bizi mat etdi, bu nə intiqamdır?
Cövrü cəfanı etmədin heç vaxt müzayiqə,
Vəslin bizə neçün bu cahanda haramdır?
Hər qəlbə qəsd edib, ona min dağ vurmusan,
Min ad qoyub o dağa, deyərsən qulamdır.
Xaqaninin ürəkdə bir atəşli dağı var,
Öyrən, görək, ona verilən hansı namdır?
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qezel-76
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Gözəlim bilmədi necəyəm bir az,Kim ona aşiqsə bəxtiyar olmaz.
YarKönül qəmgin, səhraları gəzirəm,Nə insafdı, mən də sənsiz qalım yar.
Gəraylı: Haçanacan aman çəkimHaçanacan aman çəkim,Bu zalım hicran əlindən,
ÖlkəmDünyamızı seyr etdim min dürlü həvəslərlə,Gördüm coşuyor dillər pək nəşəli səslərlə,